CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Doqquz ayda yollarda nə qədər insan həlak olub? Dəhşətli statistika açıqlandı

© Sputnik / Rahim MammadovGoranboyda ölümlə nəticələnən qəza
Goranboyda ölümlə nəticələnən qəza - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
BAKI, 18 oktyabr — Sputnik. 2021-ci ilin 9 ayı ərzində cinayət sayılan yol-nəqliyyat hadisələrinin Respublika üzrə statistikası açıqlanıb. 9 ay ərzində 1171 hadisədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məlumat verib. O bildirib ki, yol nəqliyyat hadisələrinin əksəriyyəti yüksək sürət səbəbindən baş verir: "Rəsmi statistika üzrə hadisələri çeşidləyəndə belə mənzərə ortaya çıxır:
- nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi – 475 hadisə və ya hadisələrin 40,6%-i;
- əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qaydalarını pozma – 360 hadisə və ya hadisələrin 30,7%-i;
- yolayrıclarını keçmə qayadalarını pozma – 116 hadisə və ya hadisələrin 9,9%-i;
- nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi – 14 hadisə və ya hadisələrin 1,2%-i;
- sükan arxasında yatma – 9 hadisə və ya hadisələrin 0,77%-i.
Əslində bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha maraqlı və faciəli mənzərə üzə çıxar".
Ə.Hüseynov bildirir ki, rəsmi statistikada yenə də yol infrastrukturunda olan qüsurlar (səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları və s.) və yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar (sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və s.) səbəbindən baş verən hadisələrə dair məlumat yoxdur. Onun sözlərinə görə, çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır:
"Amma statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77%-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir. Deməli, yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur".
Xəbər lenti
0