SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: "Ermənistanın müsbət addımlarına müsbət cavab verəcəyik"

© Sputnik / Murad OrudjevAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin XİN rəhbəri ilə birgə mətbuat konfransı keçirib.
BAKI, 18 oktyabr — Sputnik. "Son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozitiv mesajlar verilsə də, biz əməli addımları görə bilmirik. Qarşıdakı vaxtlarda əməli istiqamətdə də addımları görəcəyimizə ümid edirik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, sivil qaydada münasibətlərin normallaşmasına tərəfdar olduqlarını diqqətə çatdırıb.
XİN rəhbəri Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının tez başlanmasının və onun həllinin vacibliyini vurğulayıb:
"Biz bu istiqamətdə gedən prosesləri izləyirik. Biz atılan müsbət addımlara müsbət cavab verəcəyik. Revanşist çağırışlar edən, bu istiqamətdə fikirlər söyləyən qüvvələrə tövsiyəmiz odur ki, yanlış istiqamətdə getməsinlər, çünki bu çıxışlar yaxşı nəticə vəd etmir".
C.Bayramov üçtərəfli bəyanatların icrasının zəruriliyini də qeyd edib.
Xəbər lenti
0