Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox artıb

© AFP 2024 / STRLimanda konteynerlər, arxiv şəkli
Limanda konteynerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.
BAKI, 18 oktyabr — Sputnik. Bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22 974,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% çoxdur.
Bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.
Son nəticədə xarici ticarətdə 6,285 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.
Xəbər lenti
0