Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Avropanın elektrik enerjisi bazarında qiymətlər artıb

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidElektrik xətləri, arxiv şəkli
Elektrik xətləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Cari ilin yanvar-sentyabr aylarında İtaliyada 1 meqavat/saat elektrik enerjisinin bazar qiyməti 157 faiz artaraq 60 avrodan 154 avroya yüksəlib.
BAKI, 18 oktyabr — Sputnik. Tələb-təklif tarazlığının pozulması səbəbindən təbii qaz və kömür qiymətlərinin rekord həddə çatması Avropanın aparıcı bazarlarında elektrik enerjisi qiymətlərinin artmasına şərait yaradıb. Yeni növ koronavirus epidemiyasından sonra Avropada enerji təchizatının tələbatı təmin edə bilməməsi, təbii qaz və kömürün rekord qiymətləri fonunda elektrik enerjisi bazarlarında sürətlə artan qiymətlər qitə ölkələri üçün problem yaratmaqda davam edir.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, elektrik enerjisi istehsalının təxminən 20 faizini təbii qazdan təmin edən Avropada bəzi ölkələr təbii qaz qiymətlərinin rekord səviyyəyə yüksəlməsi səbəbindən yenidən kömürə keçməyə məcbur olub.
Lakin ənənəvi enerji mənbələrindən elektrik enerjisi istehsalını məhdudlaşdırmaq üçün karbon emissiyası üzrə verginin dərəcələrinin bir ton üçün 65 avroya qədər artırılması isə elektrik enerjisi qiymətlərinə yüksək istiqamətli təsir göstərib.
Belə ki, cari ilin yanvar-sentyabr aylarında İtaliyada 1 meqavat/saat elektrik enerjisinin bazar qiyməti 157 faiz artaraq 60 avrodan 154 avroya yüksəlib. Enerji böhranının ən böyük təsir göstərdiyi ölkələrdən Böyük Britaniyada isə yanvarda orta hesabla 90 avro olan 1 meqavat/saat elektrik enerjisinin bazar qiyməti 146 faiz artaraq sentyabr ayında 221 avroya çatıb.
Eyni dövrdə Almaniyanın enerji bazarında 1 meqavat/saat elektrik enerjisinin orta qiyməti 148 faiz artımla 52 avrodan 129 avroya, İspaniyada 157 faiz artaraq 60 avrodan 154 avroya, Fransada 123 faiz artımla 60 avrodan 134 avroya yüksəlib. Beləliklə, ilin 9 ayında Avropanın aparıcı enerji bazarlarında elektrik enerjisi qiymətlərində orta hesabla 150 faizlik artım müşahidə olunub.
Xəbər lenti
0