https://sputnik.az/20211017/zengilan-qubadli-kelbecer-ve-lacinin-bas-planlari-hazirlanir-434304980.html
Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Sputnik Azərbaycan
BAKI, 17 oktyabr - Sputnik. "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə... 17.10.2021, Sputnik Azərbaycan
2021-10-17T21:33+0400
2021-10-17T21:33+0400
2021-10-17T21:34+0400
qarabağ
qubadlı
zəngilan
prezident ilham əliyev
laçın
füzuli
kəlbəcər
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425907824_0:159:3076:1889_1920x0_80_0_0_ba438c1e0c0497bf739c8261e9c1f381.jpg
BAKI, 17 oktyabr - Sputnik. "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik".Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.Dövlət başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.Dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlini qoyub.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.Həmçinin oxuyun:Oxçuçayın çirkləndirilməsi məsələsi BMT-də qaldırıldıKəlbəcərdə radio və televiziya yayımı təmin edildiMurovdağ tuneli ilə bağlı yanlış məlumata aydınlıq gətirildi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/08/425907824_174:0:2903:2047_1920x0_80_0_0_5710a09f87f634bbae96f216ffed320e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qubadlı, zəngilan, prezident ilham əliyev, laçın, füzuli, kəlbəcər
qubadlı, zəngilan, prezident ilham əliyev, laçın, füzuli, kəlbəcər
BAKI, 17 oktyabr - Sputnik. "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik".
Bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, uzun illər həm torpaqlarımızı azad etmək üçün ordumuzu gücləndirmişik, həm postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, intellektual potensial, kadr potensialı və maliyyə resursları yaratmışıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.
Dövlət başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlini qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.
Oxçuçayın çirkləndirilməsi məsələsi BMT-də qaldırıldı
Kəlbəcərdə radio və televiziya yayımı təmin edildi
Murovdağ tuneli ilə bağlı yanlış məlumata aydınlıq gətirildi