Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada uşaqların ölkədən xaricə aparılması ilə bağlı qayda dəyişib

© Sputnik / Murad OrujovВстреча олимпийской сборной Азербайджана в аэропорту Гейдар Алиев
Встреча олимпийской сборной Азербайджана в аэропорту Гейдар Алиев - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Əgər uşağın ölkədən çıxmasına razılıq verməyən valideyn başqa dövlətin vətəndaşıdırsa, onda hər iki valideyn də azyaşlını Rusiyadan kənara apara bilməz.
BAKI, 17 oktyabr — Sputnik. Bu gün, oktyabrın 17-dən etibarən Rusiyada uşaqların xaricə aparılması qaydası dəyişir. Bu barədə Rusiya KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər yayıb.
Əsas dəyişiklik uşaqların xarıcə aparılmasına razılıq verilməməsi ilə bağlı ərizə ilə müraciət qaydasında olub.
"İndi ərizəçi həm azyaşlının ümumiyyətlə, Rusiya Federasiyasından getməsinə ümumi qadağa, həm də müəyyən bir dövlətə və ya bir neçə vilayətə müəyyən bir müddətə getməsinə qadağa qoyma hüququna malikdir", - deyə Rusiya DİN-dən bildirilib.
Qurumun nümayəndəsinin sözlərinə görə, yeni qayda mövcud şəraitdən asılı olaraq valideynlərə qadağa qoymağa yardım edəcək.
Bununla belə, əgər ərizəçi Rusiya vətəndaşıdırsa, o özü uşaqla ölkəni tərk edə bilər.
Əgər uşağın ölkədən çıxmasına razılıq verməyən valideyn başqa dövlətin vətəndaşıdırsa, onda hər iki valideyn də azyaşlını Rusiyadan kənara apara bilməz.
Daha bir yenilik ondan ibarətdir ki, uşağın gedişinə qadağa qoyulması üçün ərizə yazan valideyn artıq həmin kağızı məhkəmədən, ərizənin verildiyi yerdə geri götürə bilər.
Qeyd edək ki,bir qədər bundan əvvəl Rusiya Prezidenti Valdimir Putin uşaqların xaricə aparılması qaydalarında dəyişiklik edib. Dövlət başçısının imzaladığı qanun yetkinlik yaşına çaymayanların ölkəni tərk etməsi ilə bağlı prosesi asanlaşdırır - indi müstəqil şəkildə səyahət etmək üçün yalnız uşağın qanuni himayəçilərindən birinin razılığını almaq kifayətdir.
Həmçinin oxuyun:
Azərbaycan XİN dörd uşağın repatriasiyasını gerçəkləşdirib
Əgər ölkədən çıxdıqdan sonra başınıza bir iş gələrsə...
Xəbər lenti
0