DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Silahlı Qüvvələri Baş qərargahının rəisi Moskvaya səfər edib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива
Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Səfər çərçivəsində M.Baqirinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyanın yüksək siyasi, hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşü planlaşdırılır.
BAKI, 17 oktyabr - Sputnik. İran Silahlı Qüvvələri Baş Qərargah Rəisi general-mayor Məhəmməd Baqirinin Moskvaya səfəri başlayıb.
APA-nın məlumatına görə, M.Baqiri jurnalistlərə açıqlamasında bildirib ki, səfər zamanı Rusiya ilə müxtəlif sahələrdə mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.
O qeyd edib ki, sanksiyalardan sonra Rusiyadan silah alınması məsələsi müzakirə ediləcək.
M.Baqiri deyib ki, ikitərəfli hərbi əlaqələrlə yanaşı, bu səfərdə Rusiya rəsmiləri ilə Əfqanıstan məsələsi və regionda baş verən hadisələr müzakirə olunacaq.
Eyni zamanda səfər çərçivəsində M.Baqirinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyanın yüksək siyasi, hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşü planlaşdırılır.
Həmçinin oxuyun:
Azərbaycan və İran HDQ nümayəndə heyətləri arasında görüş keçirilib
Zakir Həsənovun müavini Moskvaya gedib
Xəbər lenti
0