Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda daha bir marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək

© Baku Transport AgencyПлатежный терминал в автобусе, фото из архива
Платежный терминал в автобусе, фото из архива  - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
BAKI, 17 oktyabr - Sputnik. Sabahdan 40 nömrəli marşrut xətti (Günəşli qəsəbəsi - Sabunçu qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Sputnik Azərbaycan BNA-ya istinadən xəbər verir.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:
K.Dilməqani küç. (Sabunçu qəs.), Sabunçu d/st (K.Dilməqani küç.), Ə.Məmmədəliyev küç. (Sabunçu qəs.), Şəhər şos. (Sabunçu qəs. Piyada keçidi), Y.Əliyev küç. (Bakıxanov qəs. Akkord binaları), N.İsmayılov küç. (Bakıxanov qəs. park), X.Xasməmmədov küç. (Bakıxanov qəs.), M.Gəncəvi küç. (Bakıxanov qəs.,169 nömrəli məktəb), Bakıxanov qəs. 11 №-li Şəhər Poliklinikası, Sülh küç. (Bakıxanov qəs. Məscid), M.Əmirov küç. (Bakıxanov qəs.), Q.Qarayev prospekti (kənar hərəkət hissəsi, bazar), Q.Qarayev prospekti (kənar hərəkət hissəsi, avto dayanacaq), Q.Qarayev 115 (52 nömrəli notarius), İ.Məmmədov küç. (poçt), A.Rəhimov küç. S.Ə.Şirvani küç. (Sərhədçi İdman Kompleksi), Q.Nəbi küç. (95 saylı məktəb), Lütfi Zadə küçəsi, Səməd bəy Mehmandarov küçəsi (Günəşli qəs., 264 saylı orta məktəb), Səməd bəy Mehmandarov 446A, İnqilab İsmayılov küçəsi 6 (Günəşli qəs. Şahoil YDM).
Bununla yanaşı, sərnişinlər istifadə etdikləri "BakıKart"ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.
Həmçinin oxuyun:
Bakıda nə qədər avtobus kartsız işləyir?
"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq
Daha bir marşrut üzrə gediş haqqı kartla ödəniləcək
Xəbər lenti
0