CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut üzrə gediş haqqı kartla ödəniləcək

© Baku Transport AgencyПлатежный терминал в автобусе, фото из архива
Платежный терминал в автобусе, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə bir neçə ünvanda "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.
 
BAKI, 21 sentyabr — Sputnik. Sabahdan 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb:
Yeni Ramana 141 Sabunçu rayonu
Yeni Ramana 233 Sabunçu rayonu
Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)
Südçülük (Binə qəs.)
Mehriban Qonşular küç. (Binə qəs.)
Nizami Abbasov 24 (Binə qəs.)
Xəbər lenti
0