Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda məşğulluq və işsizlik

Abunə olmaq
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun ilkin proqnozlarına görə, yaxın 30 ildə Azərbaycanda gənclərin və ahıl yaşlı insanların sayının artması fonunda iqtisadi cəhətdən fəal əhalinin sayında tədricən azalma baş verəcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin yarısını iqtisadi cəhətdən fəal insanlar təşkil edir.
Bu ilin 1 avqust tarixinə 5,29 milyon iqtisadi cəhətdən fəal Azərbaycan vətəndaşının yalnız 4,96 milyonu işlə təmin edilib.
Məşğul əhalinin dörddə birindən bir qədər az hissəsi (23.8%) istehsalat sahəsində çalışır. İkinci yerdə təhsil sektoru durur - əmək qabiliyyətli əhalinin 19,2% bu sahədə cəmləşib. Sonrakı yerləri ticarət, təmir və nəqliyyat sahələri tutur. Əhalinin 18,6% -i bu sahələrdə çalışır.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun ilkin proqnozlarına görə, yaxın 30 ildə Azərbaycanda gənclərin və ahıl yaşlı insanların sayının artması fonunda iqtisadi chətdən fəal əhalinin sayında tədricən azalma baş verəcək.
Beynəlxalq qurum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində gələcəkdə iqtisadi cəhətdən fəal əhali arasında işsizlik səviyyəsini azaltmaq məqsədilə nazirliyə daha çox iş yeri açmağı təklif edib.
Azərbaycanda məşğulluq sahəsində mənzərənin gələcəkdə necə dəyişəcəyi hakimiyyətin bununla bağlı yeni siyasətindən, xüsusən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirəcəyi tədbirlərdən asılı olacaq.
Xəbər lenti
0