CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidləri təhqir edən şəxs həbs edilib

© AFP 2023 / BULENT KILICМассовая драка, фото из архива
Массовая драка, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Xuliqanlıq zəminində həmyerlilərini döyənlər istintaqa cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
BAKI, 16 oktyabr — Sputnik. Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib:

"Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Xəbər lenti
0