Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyalı turistlər üçün özəl təkliflər

© Sputnik / Ilham MustafayevFərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent
Fərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan fotolent - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
ATB: Rusiyada yaşamış tanınmış azərbaycanlıların buradakı irsini görmək üçün rusiyalı turistlərə tur-paket təqdim ediləcək.
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Rusiya bazarı üçün turizm məhsulları hazırlayır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova məlumat verib.
O, bidlirib ki, bu tematik turizm marşrutudur. Onun sözlərinə görə, tematik marşrutlar xüsusi məzmun üzərində yığılır:

"Bunlardan biri Sovet dövründə Azərbaycanda çəkilən filmlərdir. Biz həmin filmləri toplayıb onun üzərində bir marşrut hazırlayırıq. Həmin turizm marşrutu hazır olduqdan sonra tur-operatorlara təqdim edilir. Onlar da həmin turizm marşrutunu turistlərə təqdim edirlər".

Ş. Həsənova bildirib ki, Rusiya bazarı üçün nəzərdə tutulmuş tematik marşrutlardan biri də, Azərbaycanın Rusiyada yaşamış görkəmi şəxsləri barədədir:

"Rusiyada yaşamış tanınmış azərbaycanlıların buradakı irsini görmək üçün rus turistlərə tur paket təqdim ediləcək. Məsələn, Müslüm Maqomayevin Azərbaycandakı irsini görmək üçün rusiyalı turistlər üçün turizm marşrutu təqdim edilməsi nəzərdə tutulur. Bu qəbildən bir çox marşrutlar nəzərdə tutulur".

Xəbər lenti
0