https://sputnik.az/20211016/on-iki-yasdan-yuxari-usaqlarin-kutlevi-vaksinasiyasi-tovsiye-olunurmu---pediatrin-reyi-434291400.html
On iki yaşdan yuxarı uşaqların kütləvi vaksinasiyası tövsiyə olunurmu? - Pediatrın rəyi
On iki yaşdan yuxarı uşaqların kütləvi vaksinasiyası tövsiyə olunurmu? - Pediatrın rəyi
Sputnik Azərbaycan
Sağlam uşaqlarda ciddi yoluxma və ölüm halları müşahidə olunmadığından 12-18 yaşda olanlara vaksin olunmasına ciddi ehtiyac yoxdur. 16.10.2021, Sputnik Azərbaycan
2021-10-16T22:16+0400
2021-10-16T22:16+0400
2021-10-16T22:16+0400
səhiyyə
uşaq
vaksin
peyvənd
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789258_0:653:2048:1805_1920x0_80_0_0_a62605eda89e6ce01a93a54754150a82.jpg
BAKI, 16 oktyabr — Sputnik. "Peyvənd yaşının aşağı salınması əsasən yanaşı xəstəlikləri olan uşaqlara şamil olunmalıdır". Sputnik Azərbaycan-a bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev bildirib. Onun sözlərinə görə, əsasən koronavirus əleyhinə vaksinlər immun yetməzliyi olan uşaqlara vurulmalıdır. Şəkərli diabeti, qan xəstəliyi olanların da peyvənd olunması məqsədəuyğundur.A.Musayev bildirib ki, 12-18 yaşda sağlam uşaqlarda ciddi yoluxma və ölüm halları müşahidə olunmadığından vaksin olunmasına ciddi ehtiyac yoxdur:Xatırladaq ki, bu ilin oktyabrın 5-dən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulması barədə qərar açıqlanıb.Qeyd olunub ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etdiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.Məlumat üçün bildirək, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.Onu da əlavə edək ki, Azərbaycanda bu ilin sentyabrın 16-dan etibarən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789258_0:461:2048:1997_1920x0_80_0_0_2136b976cada1e2a5568c56faa743543.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, vaksin, peyvənd
On iki yaşdan yuxarı uşaqların kütləvi vaksinasiyası tövsiyə olunurmu? - Pediatrın rəyi
Sağlam uşaqlarda ciddi yoluxma və ölüm halları müşahidə olunmadığından 12-18 yaşda olanlara vaksin olunmasına ciddi ehtiyac yoxdur.
BAKI, 16 oktyabr — Sputnik. "Peyvənd yaşının aşağı salınması əsasən yanaşı xəstəlikləri olan uşaqlara şamil olunmalıdır".
Sputnik Azərbaycan-a bu sözləri K.Fərəcova adına
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru
Allahverdi Musayev bildirib. Onun sözlərinə görə, əsasən koronavirus əleyhinə vaksinlər immun yetməzliyi olan uşaqlara vurulmalıdır. Şəkərli diabeti, qan xəstəliyi olanların da peyvənd olunması məqsədəuyğundur.
A.Musayev bildirib ki, 12-18 yaşda sağlam uşaqlarda ciddi yoluxma və ölüm halları müşahidə olunmadığından vaksin olunmasına ciddi ehtiyac yoxdur:
"Bu qərarı artıq valideynlərin ixtiyarına buraxmaq lazımdır. Valideyn 12 yaşdan yuxarı sağlam uşağına vaksin vurdurmaqla bağlı qərarı özü verməlidir. Hazırda 12 yaşdan yuxarı sağlam uşaqlara vaksin vurulması pandemiya ilə bağlı ümumi planda da yoxdur".
Xatırladaq ki, bu ilin oktyabrın 5-dən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulması barədə qərar açıqlanıb.
Qeyd olunub ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etdiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Məlumat üçün bildirək, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.
Onu da əlavə edək ki, Azərbaycanda bu ilin sentyabrın 16-dan etibarən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.