CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyat infrastrukturunun fəaliyyətinin diaqnostikası aparılıb

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus, фото из архива
Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib. Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
BAKI, 16 oktyabr — Sputnik. Bu gün Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının rəhbəri Əli Əsədovun sədrliyi ilə növbəti iclas keçirilib.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantının gündəliyində nəqliyyat sektoruna aid 4 portfel şirkətin "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
0