CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minlərlə qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

© AR Ministry of Labour and Social Protection of the PopulationHərbi səbəblərlə əlaqədar əlillik müddəti bitən daha 16 şəxsə təkrar əlillik təyin olunub
Hərbi səbəblərlə əlaqədar əlillik müddəti bitən daha 16 şəxsə təkrar əlillik təyin olunub - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.
BAKI, 16 oktyabr — Sputnik. Minlərlə şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Sputnik Azərbaycan-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumatda bildirilir.
Həmin qazilərdən artıq Əlillik təyinatından sonra onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və elektron sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdünün və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyasının) təyinatları həyata keçirilib.
Agentliyin həkim-ekspertlərindən ibarət işçi qrupu və Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.
Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.
Xəbər lenti
0