Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilir

© AR Ministry of DefenceHHM bölmələrinin döyüş atışları keçirilir
HHM bölmələrinin döyüş atışları keçirilir - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Atış çalışmalarında döyüş heyətləri "OSA" ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.
BAKI, 16 oktyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
Atış çalışmalarında döyüş heyətləri "OSA" ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.
Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.
Xəbər lenti
0