https://sputnik.az/20211016/bakinin-merkezinde-ticaret-merkezi-yanir-434272777.html
Yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti bərpa edildi
Yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti bərpa edildi
Sputnik Azərbaycan
Metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib. 16.10.2021, Sputnik Azərbaycan
2021-10-16T12:10+0400
2021-10-16T12:10+0400
2021-10-16T12:10+0400
hadisə
yanğın
bakı
ticarət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/10/434273510_31:0:2470:1372_1920x0_80_0_0_ff2c791a79a0a60c6b496304fb2e3dff.jpg
BAKI, 16 oktyabr — Sputnik. Yanğınla əlaqədar metronun "N.Nərimanov" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.Qeyd edək ki, Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyuluşdu.Məlumat üçün bildirək ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub.M.Ağayev bildirib ki, artıq sözügedən avtobuslar da öz əvvəlki hərəkət istiqaməti üzrə sərnişin daşıyırlar.11.04Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.O, bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib:Qeyd edək ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.***Fövqəladə Hallar Nazirliyi paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə xəbər daxil olub. Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib. Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.***Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/10/434273510_336:0:2165:1372_1920x0_80_0_0_ca5fa4d48c63158af5dd6edef31cb5b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yanğın, bakı, ticarət mərkəzi
yanğın, bakı, ticarət mərkəzi
Yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti bərpa edildi
Metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.
BAKI, 16 oktyabr — Sputnik. Yanğınla əlaqədar metronun "N.Nərimanov" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə
Sputnik Azərbaycan-a açıqlamasında
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi
Mais Ağayev bildirib.
Qeyd edək ki, Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyuluşdu.
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub.
M.Ağayev bildirib ki, artıq sözügedən avtobuslar da öz əvvəlki hərəkət istiqaməti üzrə sərnişin daşıyırlar.
Bakının Nərimanov rayonunda yerləşən
"Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. Bu barədə
Sputnik Azərbaycan-a açıqlamasında
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi
Gülçin Mehdiyeva məlumat verib.
O, bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib:
"Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır. Yanğının söndürülməsi üçün Dövlət Yanğından və Bakı Qarnizonunun digər qüvvə və vasitələri cəlb olunub. Yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub".
Qeyd edək ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə xəbər daxil olub. Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib. Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerinə
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.