NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

© AP Photo / Richard DrewЭлектронное табло, отображающее индексы мировой экономики, фото из архива
Электронное табло, отображающее индексы мировой экономики, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Bu il Azərbaycan neftinin bir barelinin ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb.
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan neftinin dünya bazarının qiyməti bahalaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin qiyməti 1,55 dollar və ya 1,83% artaraq 86,45 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,86 dollar artaraq 84,86 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,97 dollar bahalaşaraq 82,28 dollar olub.
Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb.
Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb.
Xəbər lenti
0