Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus deyillər, amma rus dünyasının hissəsidirlər: həmvətənlər konqresində nədən danışıblar

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov Rusiyalı həmvətənlərin VII ümümdünya konqresində çıxışı zamanı
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyalı həmvətənlərin VII ümümdünya konqresində çıxışı zamanı - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Rusiya yaxın xaric ölkələrində rus dilini necə inkişaf etdirməyi planlaşdırır? Təfərrüatlar Sputnik-in Rusiyalı həmvətənlərin VII ümümdünya konqresindən icmalında.
BAKI, 15 oktyabr — Sputnik. Xaricdə yaşayan rusiyalı həmvətənlərin yeddinci ümumdünya konqresi Moskvada 100 dövlətdən, o cümlədən yaxın xaricdən 400-dən artıq nümayəndəni toplayıb.
Postsovet ölkələrində olan həmvətənlər hansı güzəştlərə ümid edə bilərlər, RF ali məktəblərin qəbul kvotası necə artacaq və niyə Rusiya hərdən digər millətlərin nümayəndələrini rus adlandırır – bütün bunlar Sputnik-in materialında.
"Rus" – çoxmillətli anlayışdır
Sirr deyil ki, "Rus dünyası" termini Rusiyadan kənarda çox müxtəlif reaksiyalara səbəb olur. Bəziləri "Rus dünyası" konseptini bəyənirlər, hesab edirlər ki, Rusiya digər istənilən ölkə kimi xaricdəki diaspor nümayəndələrini dəstəkləməlidir. Digərləri isə onu açq tənqid edərək ekspansiya cəhdi sayırlar.
Lakin Rusiyaya xarici siyasət doktrinalarının hazırlanması halında digər ölkələrə nisbətən çətindir – çünki SSRİ-nin tərkibinə 15 respublika daxil olub və onların hər birində indiyədək rus dilində danışırlar. Vacib məqam: keçmiş sovet respublikalarının heç də bütün rus dilində danışan vətəndaşları etnik rus deyillər. Ola bilsin ki, məhz ona görə Rusiya "diaspor" terminin əvəzinə (milli və dini mənsubiyyətə görə birlik) başqasından istifadə edir – "həmvətənlər".
Həmvətənlər kateqoriyasına bir neçə qrup insan aid edilir: daima Rusiyadan kənarda yaşayan, RF vətəndaşları, RF ərazisində yaşamış şəxslərin nəslindən olanlar, həmçinin tarixən Rusiya ərazisində yaşayan xalqların nümayəndələri.
"Rusiya çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bizim xalqların, mədəniyyətlərin və dinlərin birgə yaşayış təcrübəmiz unikaldır", - deyə Rusiya XİN başçısı Sergey Lavrov Həmvətənlər konqresinin açılışında bildirib.
Lavrovun fikrincə, bütün bu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri üçün birləşdirici başlanğıc rus dilidir. RF Federasiya Şurasının spikeri Valentina Matviyenko da konqresdə çıxışı zamanı vurğunu iştirakçıların milli mənsubiyyətinə deyil, dilə yönəldib.
"Pandemiyanın ən sərt aylarında siz ağır həyat şərtləri ilə üzləşmiş vətəndaşalrımıza kömək etmisiniz. Sizə etibar etmək olar", - deyən Matviyenko yaxın xaric ölkələrinin sakinlərinə minnətdarlıq edib və onların birlikdə "çoxmillətli dünya"nı təşkil etdiklərini vurğulayıb.
"Bizim ruslar millətlərindən asılı olmayaraq, tamamilə inanılmaz vəziyyətlərə düşürlər. Ruslar, almanlar, rus yəhudiləri, rus özbəkləri. Qeyri-qanuni cinayət işləri, xarici vətəndaşlara ərə getmiş qadınlar üçün uşaqları ilə görüşmək qadağaları, qeyri-qanuni cinayət işləri", - Rusiya Federasiyasının İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova bəyan edib.
Baryerlər azalır
Sergey Lavrovun da qeyd etdiyi kimi, son 20 ildə Rusiya öz soydaşları ilə birlikdə çox vacib tapşırığın öhdəsindən gələ bilib – çoxmillətli rus dünyasını reallığa çevirib. Onun fikrincə, bu məsələdə Rusiya Konstitusiyasına həmvətənlərin hüquq və maraqlarının müdafiəsi ilə bağlı müddəanın daxil edilməsi mühüm rol oynayıb.
"Bu hüquq normaları taleyin iradəsi ilə vətəndən uzaq düşən soydaşlarımızla bağlı dövlət siyasətini təkmilləşdirməyə imkan verir", – deyə Lavrov vurğulayıb.
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi Valentina Kazakova isə belə hesab edir ki, həmvətənlərlə müntəzəm görüşlər Rusiya hökumətinə vətəndaşlıq prosedurunu asanlaşdırmağa kömək edib.
"Üç il ərzində çox iş görülüb. Artıq mövcud vətəndaşlıqdan çıxmaq barədə sənəd təqdim etməyə ehtiyac yoxdur. Qazaxıstan, Moldova, Belarus və Ukrayna vətəndaşları indi asanlaşdırılmış qaydada vətəndaşlıq ala bilərlər", – deyə o bildirib.
Yeri gəlmişkən, Valentina Kazakova məlumat verib ki, bu ilin may ayında Qazaxıstandan olan bir rus Rusiya dövlət miqrasiya proqramının milyonuncu iştirakçısı olub.
"Bu tibb təhsilli, yaxşı bir oğlandır, pandemiyanın ilk günlərindən etibarən qırmızı zonda olub və vətəndaşlarımıza xəstəliklə mübarizədə yardım göstərib. Hazırda Rusiya ərazisində təxminən 7 milyona yaxın əcnəbi var və onların çoxu bizim soydaşlarımızdır. Daxili İşlər Nazirliyi Rusiya vətəndaşlığı almağa əngəl yaradan inzibati maneələri azaltmağı öz vəzifəsi olaraq görür", – deyə Kazakova bildirib.
Yaxın xaric üçün kvota daha çox olacaq
Soydaşların birinci dalğası – Sovet İttifaqının dağılması prosesini yaşamış insanlardır. Bununla belə, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin fikrincə, Rusiya gənc nəslə daha çox diqqət ayırmalıdır.
"1989-90-cı illərdə dünyada 350 milyon insan rus dilində danışırdı, indi isə bu rəqəm 270 milyondur. 30 il tarixi miqyasda çox böyük dövr sayılmasa da, rusca danışanların sayı 80 milyon nəfər azalıb! Bu böyük rəqəmdir. Bu yaxınlarda biz Bişkekdə Çexov adına məktəb açdıq, amma müxtəlif ölkələrdə yüzlərlə belə məktəb bağlanıb. Ona görə də, təhsil bizim üçün mühüm sahədir".
Gələn il Rusiya hər biri 1200 yerlik 5 məktəb istifadəyə vermək niyyətindədir. Bu barədə Rusiya maarif nazirinin müavini Andrey Korneyev məlumat verib. Onun sözlərinə görə, Rusiya yeni formatlı məktəb yaradır və həmin tədris ocaqlarında təhsil prosesi Rusiya standartları ilə, ancaq milli komponentlərin inteqrasiyası (milli dilin və tarixin öyrədilməsi) əsasında aparılacaq. Artıq Türkmənistanda belə bir məktəb fəaliyyət göstərir. Qazaxıstanda isə daha 9 belə məktəbin açılması gözlənilir.
Rusiya yalnız məktəblərin deyil, həm də universitetlərində pulsuz təhsil almaq üçün kvota yerlərinin də sayını artırır. Bunu isə Rusiyanın elm və ali təhsil nazirinin müavini Dmitri Afanasyev deyib. Onun sözlərinə görə, gələn tədris ilində kvota yerlərinin sayı 23 minə, 2023-cü ildə isə 30 minə çatdırılacaq.
"Eləcə də, xaricdə, 17 ölkədə Rusiya ali məktəblərinin 40 filialı fəaliyyət göstərir. Həmin ali məktəblərdə 17 min tələbə təhsil alır. Tacikistan, Qırğızıstan və Belarusda isə ikili tabeçiliyə malik məktəblər (Həm Rusiya, həm də yerləşdiyi ölkə tərəfindən nəzarət olunan slavyan universitetləri-red.) fəaliyyət göstərir", – deyə o əlavə edib.
Həmçinin oxuyun:
Əcnəbi həkimlər Rusiyada hansı səbəbə görə imtahan verəcəklər?
Rus dilini məhdudlaşdırmaqla iqtisadiyyata ziyan vurulur?
Şevtsov: Rossotrudniçestvo bütün MDB ölkələri üçün kvotaları artıracaq
Xəbər lenti
0