Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şevtsov: Rossotrudniçestvo bütün MDB ölkələri üçün kvotaları artıracaq

© Sputnik / Nina Zotina / Mediabanka keçidRossotrudniçestvo"nun rəhbərinin müavini Pavel Şevtsov
Rossotrudniçestvonun rəhbərinin müavini Pavel Şevtsov - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Yeni tədris ilində Rusiya universitetlərində pulsuz təhsil almaq üçün seçimin necə keçiriləcəyini "Rossotrudniçestvo" agentliyi rəhbərinin müavini Pavel Şevtsov Sputnik-ə verdiyi müsahibədə bildirib.
BAKI, 1 sentyabr — Sputnik. Keçmiş SSRİ məkanının bir çox yerində Bilik Günü kimi qeyd olunan 1 sentyabrda "Rossotrudniçestvo" Federal agentliyinin saytında Rusiyada ali təhsil almaq istəyən əcnəbilərin növbəti seçimi start götürüb.
Yeni qəbul kampaniyası nə ilə ötənilkindən fərqlənir? Niyə MDB-də rus dilinin öyrənilməsinə maraq artır? Rusiya ali məktəblərində kvotalardan savayı pulsuz təhsil almağın alternativ yolları nələrdir? Bütün bu suallara Sputnik-ə eksklüziv müsahibəsində "Rossotrudniçestvo"nun rəhbərinin müavini Pavel Şevtsov cavab verir.
Niyə Rusiya əcnəbilərə kvota ayırır?
2022-2023-cü tədris ilində "Rossotrudniçestvo" əcnəbilər üçün kvotaların həcmini artıracaq – onların sayı 23 min yerə çatacaq. Müqayisə üçün: cari tədris ilində agentlik 18 min kvota yeri təqdim edib.
"Bir neçə il əcnəbi tələbələrin Rusiya Federasiyasında təhsil alması üçün kvotaların artırılması yönündə iş aparılırdı. Bu mövzuda həm Dövlət Dumasının deputatları, həm də Federasiya Şurasının üzvləri çox danışıblar. "Rossotrudniçestvo", XİN və Təhsil Nazirliyinin birgə işi ona gətirib çıxardı ki, ötən il RF Hökumətinin kvotanın artırılması barədə qərarı imzalandı" - Şevtsov bildirib.
"Rossotrudniçestvo" seçimində iştirak üçün müraciətlər 175 ölkədən olan abituriyentlərdən gəlir. Şevtsov vurğulayıb ki, MDB agentlik üçün prioritet olaraq qalır.
"Kvotalar üzrə artım bütün MDB ölkələri üçün hardasa çox, hardasa daha az olacaq. Məsələn, Tacikistan üçün kvota 630 yer təşkil edir. Bu çoxdur və buna görə burada kvotaların sayını əhəmiyyətsiz olaraq 750-ə qədər artırırıq", - deyə o, bildirib.
Beləliklə, agentlik Özbəkistan üçün kvotaların sayı ilə göstəriciləri bərabərləşdirir və gələn il özbəkistanlı abituriyentlər də 750 yerə arxalana biləcəklər. Ancaq bu ildə isə respublika üçün 405 kvota ayrılıb.
Qurum rəhbərinin müavini onu da bildirib ki, kvotaların həcmini müəyyənləşdirən agentlik xaricdəki rus səfirləri və Rusiyanın aparıcı böyük şirkətləri ilə məsləhətləşir.
"Biz ölkələrin iqtisadiyyatları üçün kadrlar hazırlayırıq. Kvotaların əsas vəzifəsi bir insanın Rusiyaya gəlməsi, keyfiyyətli təhsil alması və geri qayıtması, ölkəsinin iqtisadi rifahını yaxşılaşdırmaq üçün çalışmasıdır. Müvafiq olaraq, insanları gələcək 4-6 il ərzində digər ölkələrin iqtisadiyyatına uyğun olacaq ixtisaslara dəvət etmək lazımdır", - deyə o, bildirib.
Ən fəal abituriyentlər MDB-dən olanlardır
Bununla yanaşı, Pavel Şevtsov hesab edir ki, tələbələr özləri də təhsilə müraciət etməzdən əvvəl bazarı təhlil edirlər və bu da sevindirici bir haldır.
"Biz təlim sahələrinin ciddi fərqlənməsini görürük və başa düşürük ki, tələbələr Rusiyaya əvvəllər olduğu kimi yalnız təhsil almaq üçün deyil, hüquqşünas və iqtisadçı olmaq üçün də gedirlər. İndi onlar universitetlərin reytinqini izləyirlər və ən çox klinik tibb və cəmiyyətin inkişafı ilə əlaqəli ixtisasları seçirlər. İnformasiya texnologiyaları da burda ağırlıq qazanır", - deyə Şevtsov bildirib.
Şevtsov əlavə edib ki, MDB-dən olan abituriyentləri "Rossotrudniçestvo" seçməsinin ən fəal iştirakçılardır. Onun sözlərinə görə, Rusiya təhsilinə maraq baxımından Tacikistan liderdir. Məsələn, bu il 630 kvotalar üçün təxminən 6 min ərizə daxil olub, yəni hər büdcə yerinə 9 nəfər müraciət edib.
"Özbəkistan, Qırğızıstan, Belarus, Azərbaycan, Ermənistan da fəaldır. Biz təxminən bərabər nisbətdə MDB ölkələrinin Rusiya təhsilinə marağının artdığını görürük. Bu, ilk növbədə ölkələrimiz arasında ənənəvi, qurulmuş əlaqələri ilə izah olunur. Həm də biz rus dilinin xaricdə təbliği üçün əsas idarə olaraq onun öyrənilməsində maraqlıyıq", - Pavel Şevtsov qeyd edib.
Şevtsov izah edib ki, bir dövr var idi ki, MDB ölkələri müxtəlif dil modellərini inkişaf etdirərək ingilis, fransız və ya türk dilinə diqqət yetirirdilər. Ancaq hazırda postsovet məkanında ticarət-iqtisadi münasibətlərin və elmi əlaqələrin inkişafı ilə əlaqədar olaraq rus dilinə tələbat geri qayıdıb. "Rossotrudniçestvo" nümayəndəsinin fikrincə, Rusiya universitetlərində yalnız bakalavr proqramlarına deyil, həm də magistraturaya da maraq artıb.
"Rusiyada təhsil alan bir nəsil böyüyür, bu təhsilin yüksək keyfiyyətli olduğunu, onlara həyatda kömək edəcəyini başa düşürlər və artıq gənc alimlər kimi magistraturaya gəlirlər"- deyə Pavel Şevtsov qeyd edib.
Rusiya ali məktəblərinə necə onlayn qəbul olmaq olar
Pavel Şevtsov qeyd edib ki, kvota üçün onlayn şəkildə "education-in-russia.com veb" saytı vasitəsilə müraciət etmək olar.
"Hər şey olduqca sadədir: bir şəxs qeydiyyatdan keçir, şəxsi hesab açılır və orada onun hansı ixtisas üzrə Rusiyada təhsil almaq istədiyini dəqiqləşdirən bir bölmə var. Məsələn, siz "Maliyyə və kredit" ilə maraqlanırsınız. Müvafiq olaraq bu istiqaməti seçirsiniz. Sistem "Maliyyə və kredit" üzrə təhsil alan bütün universitetləri göstərəcək. İki Moskva, iki Sankt-Peterburq və iki regional universitet seçmək olar", - Şevtsov bildirib.
Bundan sonra abutiruyent bir sıra sənədlər təqdim etməlidir.
"Bu da olduqca sadədir. Bundan sonra test sınaqlarının tarixi və vaxtı barədə şəxsi kabinetdə bir mesaj gözləməli, onları onlayn olaraq təqdim etmək lazımdır. Tacikistan və Özbəkistan istisna olmaqla bütün ölkələrdə biz artıq bu formatda sınaqlar keçirmişik", - deyə Pavel Şevtsov bildirib.
Pavel Şevtsov xatırladıb ki, əgər abituriyent kvot seçimindən keçməzsə, bu, Rusiyaya gedən yolun ona bağlı olduğu anlamına gəlmir. Belə ki, MDB-dən olan gənclərin həmvətənlər üçün proqramlar kimi müxtəlif sahələrdə təhsil almaq imkanı və güzəştli proqramlar da var.
Şevtsov onu da əlavə edib ki, Rusiyada həmçinin bir çox olimpiadalar da keçirilir. Agentlik rəhbərinin müavini bildirib ki, "Rossotrudniçestvo" tərəfindən dəstəklənən ən məşhur beynəlxalq olimpiada "Açıq Qapılar" adlanır.
"Olimpiada istedadlı gəncləri müəyyənləşdirmək üçün universal və obyektiv yollarından biridir. Digər ixtisaslaşdırılmış olimpiadalar da var. Bunlar universitet olimpiadalarıdır, onları izləmək və orada iştirak etmək lazımdır", - deyə Şevtsov yekunlaşdırıb.
Müsahibəyə tam olaraq "Sputnik на русском" YouTube kanalında baxmaq olar https://www.youtube.com/watch?v=5dM-ULaKUsA
Həmçinin oxuyun:
Həmvətənlərin keşiyində: xaricdə rusiyalıların hüquqlarını kim qoruyur
Xəbər lenti
0