https://sputnik.az/20211014/turkiye-talibanla-efqan-qacqinlarin-vetene-qayitmasi-meselesini-muzakire-edib-434225416.html
Türkiyə Talibanla* əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib
Türkiyə Talibanla* əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib
Sputnik Azərbaycan
Bu barədə məlumat verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, hakimiyyətdə yaranan istənilən boşluq dərhal terroristlərin hücumlarının... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T21:11+0400
2021-10-14T21:11+0400
2021-10-14T21:14+0400
dünya xəbərləri
türkiyə
əfqanıstan
qaçqınlar
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427433706_0:197:2173:1419_1920x0_80_0_0_2ad6f449fe2b796c4dc72336aba9fe72.jpg
BAKI, 14 oktyabr — Sputnik. Türkiyə Ankarada Taliban* nümayəndə heyəti ilə əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib. RİA Novosti bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.Türkiyənin XİN rəhbəri onu da qeyd edib ki, Taliban* nümayəndə heyətindən Əfqanıstandakı mövcud vəziyyətlə bağlı məlumat alıb.Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban* hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427433706_8:0:2163:1616_1920x0_80_0_0_be32d8272921f9301dd567aff46f9b7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, əfqanıstan, qaçqınlar
türkiyə, əfqanıstan, qaçqınlar
Türkiyə Talibanla* əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib
21:11 14.10.2021 (Yenilənib: 21:14 14.10.2021) Bu barədə məlumat verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, hakimiyyətdə yaranan istənilən boşluq dərhal terroristlərin hücumlarının artmasına gətirib çıxarır.
BAKI, 14 oktyabr — Sputnik. Türkiyə Ankarada Taliban* nümayəndə heyəti ilə əfqan qaçqınların vətənə qayıtması məsələsini müzakirə edib. RİA Novosti bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"Türkiyədə çoxlu sayda əfqan qaçqını var, onlar öz vətənlərinə qayıtmaq istəyirlər. Taliblər bildirdilər ki, geri qayıtsalar, onlara kömək edəcəklər. Biz, həmçinin Əfqanıstandan yeni qaçqın dalğasının gəlməməsi üçün hansı addımların atıla biləcəyini də müzakirə etdik", – deyə Çavuşoğlu görüşdən sonra jurnalistlərə bildirib.
Türkiyənin XİN rəhbəri onu da qeyd edib ki, Taliban* nümayəndə heyətindən Əfqanıstandakı mövcud vəziyyətlə bağlı məlumat alıb.
"Türkiyə Əfqanıstana humanitar yardım göstərir, bu məsələ üzərində işi davam etdiririk. Ölkə iqtisadiyyatının çökməsinə yol verməmək vacibdir. Ancaq terrorizmlə mübarizə də böyük əhəmiyyət daşıyır. Hakimiyyətdə yaranan istənilən boşluq dərhal terroristlərin hücumlarının artmasına gətirib çıxarır. Biz artıq bunun şahidi olmuşuq", – deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, avqustun əvvəlində Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda Taliban* hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub və iyirmi illik müharibənin başa çatdığını elan edib. Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı