https://sputnik.az/20211015/putin-bele-hesab-edir-ki-rusiyadaki-emek-miqrantlari-en-azi-rus-dilini-bilmelidirler-434259559.html
Putin belə hesab edir ki, Rusiyadakı əmək miqrantları ən azı rus dilini bilməlidirlər
Putin belə hesab edir ki, Rusiyadakı əmək miqrantları ən azı rus dilini bilməlidirlər
Sputnik Azərbaycan
O bildirib ki, miqrantların Rusiyada normal həyat yaşamaları və cəmiyyətə uyğunlaşa bilmələri üçün bu çox vacibdir. 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T17:49+0400
2021-10-15T17:49+0400
2021-10-15T17:49+0400
miqrant
rusiya
rus dili
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427745557_0:0:1924:1083_1920x0_80_0_0_c8924bfd9a5110709c19ea9e0cb07767.jpg
BAKI, 15 oktyabr — Sputnik. Rusiyada işləməyə gələn digər MDB dövlətlərinin vətəndaşları bu ölkənin necə bir yer olduğunu anlamaq üçün ən azı rus dilini bilməlidirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu fikri MDB dövlət başçılarının sammitində Rusiya Prezidenti Vladimir Putin səsləndirib."MDB ölkələrini, doğrudan da, çox şey birləşdirir. Bu ümumi tariximiz, mənəvi köklərimiz, mədəniyyətlərimizin, adət-ənənələrimizin bir-biri ilə çuğlaşmasıdır. Və əlbəttə ki, rus dili", – deyə o bildirib.Putinin fikrincə, rus dili MDB-də vahid sivilizasiya məkanını birləşdirən qüvvədir", – deyə o vurğulayıb.Rusiya dövlət başçısı onu da xatırladıb ki, bundan əvvəlki sammitdə 2023-cü ildə MDB ölkələrində millətlərarası ünsiyyət dili olaraq Rus dili ilinin keçirilməsi barədə qərar qəbul edilib.O, bu təşəbbüs çərçivəsində nəzərdə tutulmuş və rus dilinin dəstəklənməsi, qorunması və statusunun yüksəldilməsi, rus mədəniyyətinin populyarlaşdırılmasına yönəlmiş tədbirlərin kifayət qədər faydalı olduğunu bildirib."Əminəm ki, bütün bunlar Birliyə üzv ölkələrin qarşılıqlı şəkildə mənəvi və mədəni cəhətdən zənginləşməsinə öz töhfəsini verəcək", – deyə Putin vurğulayıb.
https://sputnik.az/20211015/lavrovdan-teklif-qarisiq-nikahdan-dogulan-butun-usaqlara-rusiya-vetendasligi-verilsin-434248927.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/14/427745557_87:0:1899:1359_1920x0_80_0_0_15ae1a08cad21d6e6112053830b5abe8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
miqrant, rus dili, rusiya federasiyası
miqrant, rus dili, rusiya federasiyası
Putin belə hesab edir ki, Rusiyadakı əmək miqrantları ən azı rus dilini bilməlidirlər
O bildirib ki, miqrantların Rusiyada normal həyat yaşamaları və cəmiyyətə uyğunlaşa bilmələri üçün bu çox vacibdir.
BAKI, 15 oktyabr — Sputnik. Rusiyada işləməyə gələn digər MDB dövlətlərinin vətəndaşları bu ölkənin necə bir yer olduğunu anlamaq üçün ən azı rus dilini bilməlidirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu fikri MDB dövlət başçılarının sammitində Rusiya Prezidenti Vladimir Putin səsləndirib.
"MDB ölkələrini, doğrudan da, çox şey birləşdirir. Bu ümumi tariximiz, mənəvi köklərimiz, mədəniyyətlərimizin, adət-ənənələrimizin bir-biri ilə çuğlaşmasıdır. Və əlbəttə ki, rus dili", – deyə o bildirib.
Putinin fikrincə, rus dili MDB-də vahid sivilizasiya məkanını birləşdirən qüvvədir", – deyə o vurğulayıb.
"Biz hamımız yaxşı bilirik ki, Rusiyada MDB ölkələrindən nə qədər əmək miqrantı çalışır. Sizin üçün də, bizim üçün də vacibdir ki, bu insanlar Rusiyada normal həyat yaşasınlar və cəmiyyətə uyğunlaşa bilsinlər. Bunun üçün də ən azı rus dilini bilmək, Rusiyanın necə ölkə olduğunu anlamaq lazımdır", – deyə Putin qeyd edib.
Rusiya dövlət başçısı onu da xatırladıb ki, bundan əvvəlki sammitdə 2023-cü ildə MDB ölkələrində millətlərarası ünsiyyət dili olaraq Rus dili ilinin keçirilməsi barədə qərar qəbul edilib.
O, bu təşəbbüs çərçivəsində nəzərdə tutulmuş və rus dilinin dəstəklənməsi, qorunması və statusunun yüksəldilməsi, rus mədəniyyətinin populyarlaşdırılmasına yönəlmiş tədbirlərin kifayət qədər faydalı olduğunu bildirib.
"Əminəm ki, bütün bunlar Birliyə üzv ölkələrin qarşılıqlı şəkildə mənəvi və mədəni cəhətdən zənginləşməsinə öz töhfəsini verəcək", – deyə Putin vurğulayıb.