Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrovdan təklif: Qarışıq nikahdan doğulan bütün uşaqlara Rusiya vətəndaşlığı verilsin

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçid Sergey Lavrov
 Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, qarışıq ailənin harada yaşamasından və uşağın harada doğulmasından asılı olmayaraq, ölkə konstitusiyasına görə, o, Rusiya vətəndaşlığı almalıdır.
BAKI, 15 oktyabr — Sputnik. Qarışıq nikahdan olan uşaqlara harada doğulmağından asılı olmayaraq avtomatik Rusiya vətəndaşlığı verilməlidir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu təkliflə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Bizim reallaşdırmaq istədiyimiz növbəti addım qarışıq nikahdan doğulan uşaqların vətəndaşlıq məsələsidir. Əminik ki, qarışıq ailənin harada yaşamasından və uşağın harada doğulmasından asılı olmayaraq (Rusiya ərazisində və ya xarici ölkədə), ölkə konstitusiyasına görə o, Rusiya vətəndaşlığı almalıdır", – deyə nazir VII Ümumdünya Rusiya Həmvətənləri Konqresində bəyan edib.
Xəbər lenti
0