Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pay torpaqlarına çıxarış verilməsi üçün rüsum tutulmayacaq

© AFP 2024 / BRENDAN SMIALOWSKIİmza
İmza - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Milli Məclisdə "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb
BAKI, 15 oktyabr — Sputnik. "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmayacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə də dövlət rüsumu tutulmayacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0