CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnfeksionist: Koronavirusa yoluxma hallarında artım gözlənilən idi

© AFP 2024 / STRЛаборант, работающий над образцами для тестирования на коронавирус, фото из архива
Лаборант, работающий над образцами для тестирования на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Payız-qış mövsümü respirator infeksiyaların aktivləşdiyi dövrlər olsa da, ötən il COVID-19 əleyhinə qorunma tədbirlərinin tətbiqi nəticəsində qrip və qripəbənzər viruslarla xəstələnmə halları dəfələrlə azaldı
BAKI, 15 oktyabr — Sputnik. Son günlər koronavirusa yoluxma hallarında rəqəmlərdə müəyyən dalğalanma, yüksəliş olması gözlənilən idi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, Təhsil ocaqlarının fəaliyyətə başlaması və digər yumşalma tədbirlərinin tətbiqindən sonra artımın olacağı məlum idi.

"Lakin hazırda vəziyyət nəzarət altındadır. COVID-19 əleyhinə vaksinasiyanın da aparılması sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa kömək edir".

F.Sədirovun sözlərinə görə, payız-qış mövsümü respirator infeksiyaların aktivləşdiyi dövrlər olsa da, ötən il COVID-19 əleyhinə qorunma tədbirlərinin tətbiqi nəticəsində qrip və qripəbənzər viruslarla xəstələnmə halları dəfələrlə azaldı.

"İndiki dövrdə də həm peyvəndləmə prosesində aktiv iştirak, həm də fərdi qoruyucu vasitələrdən düzgün istifadə qış mövsümü gəlsə də, havalar soyusa da, vətəndaşlar qapalı məkanlarda yığışsalar da yoluxma hallarında nəzərəçarpacaq artıma səbəb olmayacaq və vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək".

Qeyd edək ki, hazırda ölkəmizdə COVID-19 əleyhinə birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyona yaxınlaşır, ikinci mərhələ üzrə vaksin vurduranların sayı isə 4 milyonu ötüb. Hazırda ölkəmizdə revaksinasiya prosesi də aparılır. Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza (buster doza) ilə peyvəndlənməyə çağırır. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.
Xəbər lenti
0