https://sputnik.az/20211015/casus-sebekeleri-yeniden-bas-qaldirib---zahid-oruc-434242573.html
Casus şəbəkələri yenidən baş qaldırıb - Zahid Oruc
Casus şəbəkələri yenidən baş qaldırıb - Zahid Oruc
Sputnik Azərbaycan
Millət vəkili deyib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb... 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T21:12+0400
2021-10-15T21:12+0400
2021-10-15T21:12+0400
zahid oruc
siyasət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_0:33:1689:983_1920x0_80_0_0_5dac65de2eba316269aad74c0d5cb53d.jpg
BAKI, 15 oktyabr — Sputnik. Prezident İlham Əliyev üçüncü minillikdə və XXI əsrin müharibəsində dünyada yeganə qalib dövlət başçısıdır. Qələbəmizi hərbi-siyasi meydanda təmin edən Ali Baş Komandanın şəxsiyyəti əleyhinə hücumların son aylar intensivləşməsi 44 günlük haqq savaşında Ermənistanla birgə məğlub olan və 30 illik işğala dəstək verən beynəlxalq mərkəzlərin, casus şəbəkələrin yenidən baş qaldırmasıdır.Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin iclasında deputat Zahid Oruc deyib.O bildirib ki, son 6 ildə dünyada haker hücumları ilə külli miqdarda məxfi bank məlumatlarını oğurladığını iddia edən 100-dən artıq xarici jurnalistin birləşdiyi Beynəlxalq Araşdırmaçı Korrupsiya Konsorsiumu əslində Amerikanın İnkişaf Agentliyi də daxil məxfi-siyasi dairələrinin Vikileaks əleyhinə qurduğu və qlobal ləkələmə, siyasi texnologiya - şantaj layihəsidir. Z.Oruc əlavə edib ki, Panama, Paradise, Peqasus, Pandora sənədləri adı ilə yayılan haker məlumatlarını da o qəbildən qəbul etmək gərəkdir: "ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir. Yaxşı xatırlayırsınız, ötən ilin sentyabrında Vətən müharibəsinə cəmi bir həftə qalmış Azərbaycanın İsraildən aldığı 1.6 milyardlıq silah haqda hansı çirkin məlumatlar yayılmışdı.Eləcə də uzun illər Rusiyadan alınan hərbi tenxnikanın keyfiyyətsizliyi barəsində xaricdə və daxildə aparılan sistemli qaralama kampaniyası işğalı qoruyub saxlamaq istəyənlərin məqsədinə xidmət edirdi. Müharibə başlayan kimi Azərbaycan ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər xalqımıza zərbə vuran hədəfləri məhz İsrail, Rusiya, Belarus istehsallı raketlərlə məhv edəndə o kampaniyanı aparanlar əvvəlki illərdə dedikləri böhtanları unudaraq, Azərbaycan ordusunun 5-ci nəsil tenxologiyası ilə savaş apardığından danışdılar. O illərdə Ali Baş Komandan əleyhinə hər gün "bir qarış da torpaq alınmayacaq" hökmü ilə xaricdən informasiya çamuru atanlar 44 gündə hərbi meydanda məğlublarla bir səngərdə döyüşürdülər. Lakin Prezidentin və ailəsinin əleyhinə hücumların Azərbaycan uğrunda aparılan iqtisadi-siyasi mübarizənin tərkib hissəsi olduğu indi gün kimi aydındır. Siyasi düşmənlərindən fərqli olaraq, İlham Əliyevin adı tarixdə qalib lider kimi qalacaq. İndi gedib həmin adamlar üzərində məhkəmə qurmağa ehtiyac yoxdur. Çünki müharibədə qələbəmiz onlara ən böyük cəzadır. Prezidentin alternativi məğlubiyyət və işğaldır!"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40534/01/405340143_7:0:1604:1198_1920x0_80_0_0_ca31fb7973aeb81e7c6098dfff90f124.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zahid oruc, milli məclis
Casus şəbəkələri yenidən baş qaldırıb - Zahid Oruc
Millət vəkili deyib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir.
BAKI, 15 oktyabr — Sputnik. Prezident İlham Əliyev üçüncü minillikdə və XXI əsrin müharibəsində dünyada yeganə qalib dövlət başçısıdır. Qələbəmizi hərbi-siyasi meydanda təmin edən Ali Baş Komandanın şəxsiyyəti əleyhinə hücumların son aylar intensivləşməsi 44 günlük haqq savaşında Ermənistanla birgə məğlub olan və 30 illik işğala dəstək verən beynəlxalq mərkəzlərin, casus şəbəkələrin yenidən baş qaldırmasıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin iclasında deputat
Zahid Oruc deyib.
O bildirib ki, son 6 ildə dünyada haker hücumları ilə külli miqdarda məxfi bank məlumatlarını oğurladığını iddia edən 100-dən artıq xarici jurnalistin birləşdiyi Beynəlxalq Araşdırmaçı Korrupsiya Konsorsiumu əslində Amerikanın İnkişaf Agentliyi də daxil məxfi-siyasi dairələrinin Vikileaks əleyhinə qurduğu və qlobal ləkələmə, siyasi texnologiya - şantaj layihəsidir.
"Dünyada qanlı inqilablar sahəsində ad çıxaran Corc Sorosun Konsorsiumun maliyyə himayədarı olduğu hamıya məlumdur. Xatırladaq ki, illərdir davamlı izlənməyə və təqiblərə məruz qalan avstraliyalı internet fəalı, naşir Culian Asanjın Vikileaks zəlzələsini ABŞ-n təhlükəsizliyinə böyük zərbə sayanlar ələ keçirilən milyonlarla məxfi məlumatda İrakdan Əfqanıstana və yaxud ərəb ölkələrinə qədər həyata keçirilən saysız-hesabsız hərbi-siyasi cinayətləri gizlətmək, dövlət və hökumət başçılarından alınan külli miqdarda korrupsiya pullarını ört-basdır etmək üçün müxtəlif alternativ şər və fake-news kampaniyaları həyata keçirirlər".
Z.Oruc əlavə edib ki, Panama, Paradise, Peqasus, Pandora sənədləri adı ilə yayılan haker məlumatlarını da o qəbildən qəbul etmək gərəkdir: "ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin də yer aldığı və qlobal ləkələmə-şərləmə vasitəsilə dünya miqyasında əsasən qeyri-qərb liderlərini təzyiqdə saxlamaq və idarə etmək üçün kampaniya gedir. Yaxşı xatırlayırsınız, ötən ilin sentyabrında Vətən müharibəsinə cəmi bir həftə qalmış Azərbaycanın İsraildən aldığı 1.6 milyardlıq silah haqda hansı çirkin məlumatlar yayılmışdı.
Eləcə də uzun illər Rusiyadan alınan hərbi tenxnikanın keyfiyyətsizliyi barəsində xaricdə və daxildə aparılan sistemli qaralama kampaniyası işğalı qoruyub saxlamaq istəyənlərin məqsədinə xidmət edirdi. Müharibə başlayan kimi Azərbaycan ordusunun Xankəndindən, Xocavənddən Kəlbəcərlə sərhəd mövqelərə qədər xalqımıza zərbə vuran hədəfləri məhz İsrail, Rusiya, Belarus istehsallı raketlərlə məhv edəndə o kampaniyanı aparanlar əvvəlki illərdə dedikləri böhtanları unudaraq, Azərbaycan ordusunun 5-ci nəsil tenxologiyası ilə savaş apardığından danışdılar. O illərdə Ali Baş Komandan əleyhinə hər gün "bir qarış da torpaq alınmayacaq" hökmü ilə xaricdən informasiya çamuru atanlar 44 gündə hərbi meydanda məğlublarla bir səngərdə döyüşürdülər. Lakin Prezidentin və ailəsinin əleyhinə hücumların Azərbaycan uğrunda aparılan iqtisadi-siyasi mübarizənin tərkib hissəsi olduğu indi gün kimi aydındır. Siyasi düşmənlərindən fərqli olaraq, İlham Əliyevin adı tarixdə qalib lider kimi qalacaq. İndi gedib həmin adamlar üzərində məhkəmə qurmağa ehtiyac yoxdur. Çünki müharibədə qələbəmiz onlara ən böyük cəzadır. Prezidentin alternativi məğlubiyyət və işğaldır!"