Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda müəllim dərs zamanı vəfat edib

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Azərbaycan dili və ədəbiyyatı müəllimi oktyabrın 11-də dərs zamanı ürək tutmasından vəfat edib.
BAKI, 15 oktyabr — Sputnik. Bakıda müəllim dərs zamanı vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.
Məktəbdən bildirilib ki, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.
Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı təsdiqləyib.
Xəbər lenti
0