Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Zibildən əldə olunan enerji Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür

Volonterlar «Təmiz Şəhər»
Volonterlar «Təmiz Şəhər» - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Tullantıların zavodda yandırılması nəticəsində ildə 231,5 mln. kVt saatadək elektrik enerjisi istehsal olunur. Bu enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür.
BAKI, 14 oktyabr — Sputnik. Bir çox ölkələr tullantıların idarə edilməsindən enerji əldə edir. Maraqlıdır, illik olaraq Azərbaycanda nə qədər tullantı əldə olunur və bunun nə qədər hissəsindən enerji əldə olunur?
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhərindən il ərzində ortalama 750-800 min ton tullantı qəbul edilir. Qəbul edilən tullantıların bir qismi Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir:
"Digər qismi Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda çeşidləndikdən sonra Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən təkrar xammal kimi istifadə olunur. Qalıq tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda (sanitar poliqon) basdırılır".

"Digər qismi Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda çeşidləndikdən sonra Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən təkrar xammal kimi istifadə olunur. Qalıq tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda (sanitar poliqon) basdırılır".

Tullantıların idarə olunması üçün yeni addımlar atılır: "Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair Milli Strategiya” təsdiq edilib. Birinci mərhələdə beş ili əhatə edəcək Milli Strategiyanın həyata keçirilməsi üçün konkret addımlar atılmasına və müsbət nəticələr əldə edilməsinə yönələn müvafiq tədbirlər müəyyənləşdirilib.
Eyni zamanda ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsi məqsədilə daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələrdən ibarət şəbəkənin yaradılması nəzərdə tutulub".
Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Fransanın “CNİM” S.A. şirkəti arasında 2008-ci il 15 dekabr tarixində imzalanan podrat müqaviləsinə əsasən Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu inşa edilib:

"Zavodun illik yandırma gücü 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil etməklə yandırma nəticəsində ildə 231,5 mln. kVt saatadək elektrik enerjisi istehsal olunur ki, həmin elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Zavod 2012-ci ilin dekabr ayından fəaliyyətə başlayıb və hazırda müvəffəqiyyətlə fəaliyyətini davam etdirir".

Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli 2701 nömrəli sərəncamı ilə “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib:
"İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrdə atılmış yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib. Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək müəyyən olunan tullantı meydançalarına quraşdırılıb. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir".
Xəbər lenti
0