Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Əfqanıstanda xidmət etmiş hərbçiləri təltif edib

© Sputnik / Murad OrujovAzərbaycan sülhməramlıları, arxiv şəkli
Azərbaycan sülhməramlıları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməranlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
BAKI, 14 oktyabr — Sputnik. Əfqanıstan İslam Respublikasında həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Müdafiə nazirinin əmri ilə təltif olunub.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməranlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.
© AR Ministry of DefenceƏfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş bir qrup hərbi qulluqçu təltif edilib
Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında iştirak etmiş bir qrup hərbi qulluqçu təltif edilib - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş bir qrup hərbi qulluqçu təltif edilib
General-mayor Kənan Seyidov Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və hərbi qulluqçulara Azərbaycan Respublikasının "Şücaətə görə""Hərbi xidmətdə fərqlənməyə görə" medallarını təqdim edib.
Qeyd edək ki, Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş hərbçilərimiz cari ilin oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "İgidliyə görə""Hərbi xidmətlərə görə" medalları ilə də təltif olunublar.
Xəbər lenti
0