https://sputnik.az/20211014/turkiye-rusiya-birge-monitorinq-merkezinin-fealiyyetine-boyuk-onem-veririk---nazir-434200266.html
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə böyük önəm veririk - Nazir
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə böyük önəm veririk - Nazir
Sputnik Azərbaycan
Azərbaycan XİN başçısının sözlərinə görə, hazırda münaqişə keçmişdə qalıb, əsas məqsəd azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T14:35+0400
2021-10-14T14:35+0400
2021-10-14T14:35+0400
azərbaycan xəbərləri
mdb ölkələri
ermənistan
mdb
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
türkiyə-rusiya birgə monitorinq mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196410_0:67:1280:787_1920x0_80_0_0_47bd6df0392b5f7bf36286623b71ed76.jpg
BAKI, 14 oktyabr — Sputnik. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib.Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.Nazir çıxışında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və bunun doğurduğu ağır nəticələrdən bəhs edib.C.Bayramov regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyini vurğulayıb.Həmçinin nazir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb.O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196410_72:0:1209:853_1920x0_80_0_0_ff1119b9ed659cae1c3844762984d145.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb ölkələri, ermənistan, mdb, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, türkiyə-rusiya birgə monitorinq mərkəzi
mdb ölkələri, ermənistan, mdb, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, türkiyə-rusiya birgə monitorinq mərkəzi
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə böyük önəm veririk - Nazir
Azərbaycan XİN başçısının sözlərinə görə, hazırda münaqişə keçmişdə qalıb, əsas məqsəd azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsidir.
BAKI, 14 oktyabr — Sputnik. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və bunun doğurduğu ağır nəticələrdən bəhs edib.
C.Bayramov regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyini vurğulayıb.
Həmçinin nazir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb.
O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.