https://sputnik.az/20211014/socar-2035-ci-iledek-korporativ-strategiyasini-qebul-edib-434192987.html
SOCAR 2035-ci ilədək korporativ strategiyasını qəbul edib
SOCAR 2035-ci ilədək korporativ strategiyasını qəbul edib
Sputnik Azərbaycan
Dördüncü Sənaye İnqilabı tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T13:16+0400
2021-10-14T13:16+0400
2021-10-14T13:17+0400
socar
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42332/81/423328130_0:0:1600:901_1920x0_80_0_0_99755693dd47721c37285934d0047e39.jpg
BAKI, 14 oktyabr — Sputnik. Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.SOCAR-dan Sputnik Azərbaycan-a bildirilib ki, Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. "2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli investisiya portfeli qurmaq imkanı verəcək.İclas iştirakçıları, eyni zamanda, Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələlər ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.Qeyd edək ki, SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42332/81/423328130_219:0:1600:1036_1920x0_80_0_0_48e281b8844369cfc415e2e7ebed965e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
socar
SOCAR 2035-ci ilədək korporativ strategiyasını qəbul edib
13:16 14.10.2021 (Yenilənib: 13:17 14.10.2021) Dördüncü Sənaye İnqilabı tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir.
BAKI, 14 oktyabr — Sputnik. Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib.
SOCAR-dan Sputnik Azərbaycan-a bildirilib ki, Dördüncü Sənaye İnqilabı (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya sənədi şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. "2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli investisiya portfeli qurmaq imkanı verəcək.
İclas iştirakçıları, eyni zamanda, Müşahidə Şurasının işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə SOCAR-ın Müşahidə Şurasının Koordinasiya Ofisinin yaradılması və həmin ofisə Müşahidə Şurasının üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.
İclasda Dövlət Neft Şirkətinin fəaliyyəti istiqamətində digər və cari məsələlər ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.