https://sputnik.az/20211014/sekkiz-tibb-muessisesinde-pozuntular-askarlanib-434193269.html
Səkkiz tibb müəssisəsində pozuntular aşkarlanıb
Səkkiz tibb müəssisəsində pozuntular aşkarlanıb
Sputnik Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinin sədri 9 ayın yekunları ilə bağlı mətbuat konfransında deyib ki, 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T14:07+0400
2021-10-14T14:07+0400
2021-10-14T14:07+0400
həkim
cəmiyyət
qida təhlükəsizliyi agentliyi
qoşqar təhməzli
aqta
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_0:0:3077:1731_1920x0_80_0_0_ff9432eb5122b0f842873fa00658347f.jpg
BAKI, 14 oktyabr — Sputnik. Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.AQTA 191 adda pestisidin istifadəsinə qadağa qoyubQoşqar Təhməzli onu da qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 191 adda aktiv maddəni əhatə edən pestisidin ölkə ərazisində istifadəsinə qadağa qoyub.O bildirib ki, Rusiyanın "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 29 iyunda qüvvəyə minib: "Qanundan irəli gələrək Agentlik və "Rosselxoznadzor" arasında saziş bağlanması nəzərdə tutulub. Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiyada qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_348:0:3077:2047_1920x0_80_0_0_019374a78d70fe8671a5320c3a0ad818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
həkim, qida təhlükəsizliyi agentliyi, qoşqar təhməzli, aqta
həkim, qida təhlükəsizliyi agentliyi, qoşqar təhməzli, aqta
Səkkiz tibb müəssisəsində pozuntular aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin sədri 9 ayın yekunları ilə bağlı mətbuat konfransında deyib ki, 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.
BAKI, 14 oktyabr — Sputnik. Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.
AQTA 191 adda pestisidin istifadəsinə qadağa qoyub
Qoşqar Təhməzli onu da qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 191 adda aktiv maddəni əhatə edən pestisidin ölkə ərazisində istifadəsinə qadağa qoyub.
O bildirib ki, Rusiyanın "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 29 iyunda qüvvəyə minib: "Qanundan irəli gələrək Agentlik və "Rosselxoznadzor" arasında saziş bağlanması nəzərdə tutulub.
Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiyada qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".