https://sputnik.az/20211014/sehid-aileleri-ve-qaziler-ucun--ozunumesgulluq-proqrami---terter-434219395.html
Şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı - Tərtər
Şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı - Tərtər
Sputnik Azərbaycan
Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T21:59+0400
2021-10-14T21:59+0400
2021-10-14T21:59+0400
şəhid
cəmiyyət
tərtər
məşğulluq
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434219190_0:256:2730:1792_1920x0_80_0_0_14255cf6e6e88190b633d11cfa22d17d.jpg
BAKI, 14 oktyabr — Sputnik. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla KİV nümayəndələrinin əyani tanışlığı üçün növbəti mediatur təşkil edib. Bu dəfə junalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.Jurnalistlərə məlumat verilib ki, Tərtər rayonunda 265 vətəndaş özünüməşğulluq proqramından yararlanıb. Onlar öz kiçik bizneslərini yaradıblar və onunla məşğul olurlar. Dövlət Məşğulluq agentliyinin strateji kamunikasiya deportamentinin müdiri Mayis Musayev deyib ki, 44 günlük Vətən müharibəsində sonra şəhid ailələri üzvlərinin, qazilərin sosial dəstəklə təminatı ilə bağlı artıq 31 min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir.Media nümayəndələri şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev üçün yaradılmış təsərrüfatla tanış olublar. Alim Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Alim Mehdiyev bildirib ki, proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.Mübariz postunun post komandiri olan və Suqovuşan uğrunda gedən döyüşllərdə şəhid olan Xəyal Aslanovun anası Nəzakət Aslanova isə proqram vasitəsilə iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaratdığını dedi. Şəhidin anası Nəzakət Aslanova ailəsi adından dövlətin onlara göstərdiyi qayğıya görə razılığını bildirib.Vətən müharibəsi qazisi Ceyhun Quliyev də 44 günlük Vətən müharibəsinin qazisidir. Ceyhun Quliyev deyir ki, ona öz istəyi əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib.Qeyd edək ki, proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və öz ailə təsərüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqlarını vurğulayıblar. Qeyd edək ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434219190_0:0:2730:2048_1920x0_80_0_0_65de2fb8c00a45d96ce2832a16214913.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, tərtər, məşğulluq
Şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı - Tərtər
Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edib.
BAKI, 14 oktyabr — Sputnik. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla KİV nümayəndələrinin əyani tanışlığı üçün növbəti mediatur təşkil edib. Bu dəfə junalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar.
Jurnalistlərə məlumat verilib ki, Tərtər rayonunda 265 vətəndaş özünüməşğulluq proqramından yararlanıb. Onlar öz kiçik bizneslərini yaradıblar və onunla məşğul olurlar. Dövlət Məşğulluq agentliyinin strateji kamunikasiya deportamentinin müdiri Mayis Musayev deyib ki, 44 günlük Vətən müharibəsində sonra şəhid ailələri üzvlərinin, qazilərin sosial dəstəklə təminatı ilə bağlı artıq 31 min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir.
“Postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub”.
Media nümayəndələri şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev üçün yaradılmış təsərrüfatla tanış olublar. Alim Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Alim Mehdiyev bildirib ki, proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.
“Çox sağ olsun prezidentimiz, ali baş komandanımız İlham Əliyev ki, belə bir proqramın yaradılması üçün göstəriş verib. Biz sənətkarlar, şəhid ailələri özünəməşğulluq proqramından yararlanırıq. İstifadə edirik. Çox yaxşıdır belə bir proqramın olması. Məsələn mənim avadanlığım yox idi. Əvvəlcə müraciət elədim. Sonra Kurs keçdim. Mən şəhid ailəsi olduğuma görə məni növbədə qabağa da saldılar. Gətirdik avadanlıqlarımızı quraşdırdıq. İstifadə etdik. Kondisonerimə kimi, saç kəsim maşnıma kimi məni dövlət təmin elədi”.
Mübariz postunun post komandiri olan və Suqovuşan uğrunda gedən döyüşllərdə şəhid olan Xəyal Aslanovun anası Nəzakət Aslanova isə proqram vasitəsilə iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaratdığını dedi. Şəhidin anası Nəzakət Aslanova ailəsi adından dövlətin onlara göstərdiyi qayğıya görə razılığını bildirib.
“Müharibədən sonra mən şəhid ailəsi olaraq, məşğulluq idarəsinə müraciət etdim. Bizim ailəyə 3 baş heyvan verdilər. Bir müddətdən sonra iki heyvan bala verdi. Yemini də veriblər. Sağ olsun prezidentimiz bizə hər cür qayğı göstərir. İndi heyvanların südündən də, qatığından da istifadə edirəm. Lazım olanda satıb, ehtiyacımı da ödəyirəm. İki inəyin ikisi də süd verir. İki inəkdən hardasa 10 litr süd götürürəm”.
Vətən müharibəsi qazisi Ceyhun Quliyev də 44 günlük Vətən müharibəsinin qazisidir. Ceyhun Quliyev deyir ki, ona öz istəyi əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib.
“ Müharibədən sonra məşğulluğa müraciət elədim. Sağ olsunlar. Müraciətdən sonra gəlib, baxış keçirdilər. Avadanlıqların hamısın təmin elədilər. Avtoyuma ilə bağlı hamısın verilər. Napor aparatdı, kompressordu, kimyəvi təmizləmə aparatıdı,, tozsorandı hamısı komplekt idi. Gətirdilər quraşdırdılar indi məndə işləyib evimə çörək pulu qazanıram”.
Qeyd edək ki, proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib və öz ailə təsərüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqlarını vurğulayıblar. Qeyd edək ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.