Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlik distant təhsilə keçən siniflərin sayını açıqladı

© Sputnik / Ilham MustafayevQazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub.
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.
Qeyd olunub ki, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.
Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.
Xatırladaq ki, ölkədə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.
Xəbər lenti
0