SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB XİN rəhbərlərinin növbəti görüş yeri müəyyənləşdi

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMDB XİN rəhbərlərinin görüşü
MDB XİN rəhbərlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev növbəti iclasın keçiriləcəyi yerlə bağlı məlumat verib.
BAKI, 14 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 8 aprel 2022-ci ildə Düşənbədə keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev məlumat verib.
Dar formatda keçirilən budəfəki iclasda beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, növbəti iclas yerinin keçiriləcəyi şəhər müəyyənləşdirilib.
Qeyd edək ki, bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, iclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.
Həmçinin oxuyun:
* Ceyhun Bayramov MDB XİN rəhbərlərinin iclasında iştirak edir
* Ceyhun Bayramov: "Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmağa hazırdır"
Xəbər lenti
0