https://sputnik.az/20211014/liviya-ve-qazaxistandan-heyvan-ve-qus-mehsullarinin-idxalina-mehdudiyyet-qoyulub-434214442.html
Liviya və Qazaxıstandan heyvan və quş məhsullarının idxalına məhdudiyyət qoyulub
Liviya və Qazaxıstandan heyvan və quş məhsullarının idxalına məhdudiyyət qoyulub
Sputnik Azərbaycan
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq... 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T17:14+0400
2021-10-14T17:14+0400
2021-10-14T18:11+0400
iqtisadiyyat
xəstəlik
heyvan
qazaxıstan
qadağa
liviya
idxal
toyuq
https://cdnn1.img.sputnik.az/img/42392/84/423928446_0:321:3071:2048_1920x0_80_0_0_83eef89d73979157405618c47fcf1aa9.jpg
BAKI, 14 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Spunik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Liviyanın Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara və Az Zəviyyə inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Qazaxıstanın Aqtöbe vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən xırdabuynuzlu heyvanların, onlara aid ət, sümük unu, süd və süd məhsulları, dəri, yun, tük və genetik materialların, o cümlədən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/84/423928446_9:0:2740:2048_1920x0_80_0_0_17fec995bb751fa1127ee51aeb53389e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəstəlik, heyvan, qazaxıstan, qadağa, liviya, idxal, toyuq
xəstəlik, heyvan, qazaxıstan, qadağa, liviya, idxal, toyuq
Liviya və Qazaxıstandan heyvan və quş məhsullarının idxalına məhdudiyyət qoyulub
17:14 14.10.2021 (Yenilənib: 18:11 14.10.2021) Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib
BAKI, 14 oktyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Spunik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Liviyanın Əl Cəbal əl Qərbi, Ən Nuqat əl Xəms, Əl Cifara və Az Zəviyyə inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Qazaxıstanın Aqtöbe vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən xırdabuynuzlu heyvanların, onlara aid ət, sümük unu, süd və süd məhsulları, dəri, yun, tük və genetik materialların, o cümlədən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Liviyadan və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.