https://sputnik.az/20210916/l-bizdn-tk-sizdn-Painyan-KTMT-dn-PUA-istdi-427937455.html
Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi
Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi
Sputnik Azərbaycan
Paşinyan bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların... 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T15:55+0400
2021-09-16T15:55+0400
2021-11-16T20:29+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/42239/61/422396136_0:0:2635:1489_1920x0_80_0_0_2a60d2185f5fdfefa5ca6a1459b85200.jpg
BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla (PUA) silahlandırılmalıdır.Sputnik Ermənistan xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən sammitində çıxış edib.KTMT sədrliyinin Ermənistana keçdiyinə diqqət çəkən Paşinyan bildirib ki, bununla əlaqədar olaraq tərəflər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. Onun sözlərinə görə, bu, quruma üzv dövlətlərin maraqlarına toxunan məsələlərin razılaşdırılmış həlli yollarını müəyyənləşdirməyə imkan verər."Biz, xüsusən də xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk", – deyə, o vurğulayıb.O da bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.Qeyd edək ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin sammiti keçirilir. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb.Xatırladaq ki, KTMT-nin növbəti iclası 2022-ci ilin sonunda Yerevanda keçiriləcək.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42239/61/422396136_0:0:2635:1657_1920x0_80_0_0_a6d5b0a452147742c9cf43f960f2a0b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi
15:55 16.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Paşinyan bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.
BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla (PUA) silahlandırılmalıdır.
Sputnik Ermənistan xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən sammitində çıxış edib.
KTMT sədrliyinin Ermənistana keçdiyinə diqqət çəkən Paşinyan bildirib ki, bununla əlaqədar olaraq tərəflər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. Onun sözlərinə görə, bu, quruma üzv dövlətlərin maraqlarına toxunan məsələlərin razılaşdırılmış həlli yollarını müəyyənləşdirməyə imkan verər.
"Biz, xüsusən də xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk", – deyə, o vurğulayıb.
O da bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.
Qeyd edək ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin sammiti keçirilir. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb.
Xatırladaq ki, KTMT-nin növbəti iclası 2022-ci ilin sonunda Yerevanda keçiriləcək.