https://sputnik.az/20211014/biznese-yeni-baslayanlar-ucun-nvestisiya-seyaheti-434194979.html
Biznesə yeni başlayanlar üçün "İnvestisiya səyahəti"
Biznesə yeni başlayanlar üçün "İnvestisiya səyahəti"
Sputnik Azərbaycan
Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası layihənin təşkilatçılarıdır 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T23:00+0400
2021-10-14T23:00+0400
2021-10-14T23:00+0400
biznes
iqtisadiyyat
layihə
mərkəzi bank
səyahət
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992944_0:160:3073:1888_1920x0_80_0_0_73ba0c5cd02ecbb9954ce32fdc002ae9.jpg
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.AMB-dən Sputnik Azərbaycan-a bildirilib ki, növbəti addım kimi maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-də Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə "İnvestisiya səyahəti" layihəsinə start verilir.Layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən biznesə yeni başlayan subyektlərin kapital bazarı vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərinin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Eyni zamanda, layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi nəzərdə tutulur.Layihə çərçivəsində ilk tədbir oktyabrın 20-də Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində keçiriləcək. Tədbirdə Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyələşmə və Bakı Fond Birjasında listinq mövzularında təqdimatların edilməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətlərinin verilməsi və onların BFB tərəfindən həyata keçirilən "Listinq Məsləhət Proqramı"na dəvət edilməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992944_170:0:2901:2048_1920x0_80_0_0_0662f21b427ceeb96479f27f37555c4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
biznes, layihə, mərkəzi bank, səyahət
biznes, layihə, mərkəzi bank, səyahət
Biznesə yeni başlayanlar üçün "İnvestisiya səyahəti"
Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası layihənin təşkilatçılarıdır
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.
AMB-dən
Sputnik Azərbaycan-a bildirilib ki, növbəti addım kimi maliyyə savadlılığının artırılması və kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-də Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə
"İnvestisiya səyahəti" layihəsinə start verilir.
Layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən biznesə yeni başlayan subyektlərin kapital bazarı vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərinin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Eyni zamanda, layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində ilk tədbir oktyabrın 20-də Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində keçiriləcək. Tədbirdə Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələri tərəfindən kapital bazarından maliyyələşmə və Bakı Fond Birjasında listinq mövzularında təqdimatların edilməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətlərinin verilməsi və onların BFB tərəfindən həyata keçirilən "Listinq Məsləhət Proqramı"na dəvət edilməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.