Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb

© AFP 2024 / INA FASSBENDERSənəd
Sənəd - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
İndiyədək Azərbaycanda 20 minə yaxın şəxs əks-göstəriş sertifikatı ilə bağlı müvafiq qurumlara müraciət edib.
BAKI, 14 oktyabr — Sputnik. Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar.
Qeyd edək ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir.
Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir.
Xəbər lenti
0