DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstandan qoşunlar çıxarılandan sonra dünyada təhlükəsizlik səviyyəsi aşağı enib

© AP Photo / Hoshang HashimiƏfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Sputnik. Rəy sorğusu göstərdi ki, Əfqanıstandan qoşunların çıxarılması prosesi ABŞ-ı Avropa ölkələrindəki respondentlərin gözündən salıb.
BAKI, 5 oktyabr — Sputnik. Əfqanıstandan qoşunların çıxarılması bütün dünyada təhlükəsizlik səviyyəsini aşağı salıb – Fransa (50%), Almaniya (63%), Böyük Britaniya (53%), İtaliya (60%) və İspaniyada (54%) rəyi soruşulan respondentlərin yarıdan çoxu bu fikri dəstəkləyir.
Sözügedən rəy sorğusu sentyabrın 21-dən 27-nə kimi Sputnik agentliyi və radiosu üçün xüsusi layihə çərçivəsində Fransanın İctimai Rəy Institutu "IFop" tərəfindən keçirilib. Sorğuda Fransa (1002), Almaniya (1010), Böyük Britaniya (1004), İtaliya (1007) və İspaniyadan (1008) ümumilikdə 5032 nəfər 18 yaşdan yuxarı şəxs iştirak edib.
Seçimin etibarlılığı bölgələr və aqlomerasiya kateqoriyalarına görə stratifikasiyadan sonra kvota metodu ilə (respondentin cinsi, yaşı, peşəsi) təmin edilib. Ölkə üzrə seçimdə 95% etibarlılıq səviyyəsində məlumatlardakı maksimum xəta payı 3,1% təşkil edir.
Sorğunun nəticəsinə əsasən, almanların demək olar ki, yarısı (49%), fransız və italyanların üçdə biri, böyük britaniyalıların 40% və ispanların 41%-i belə hesab edir ki, 2001-ci ildə Əfqanıstana qoşun yeridilməsi səhv addım idi.
Hərçənd, fransızların 40%-i, almanların 37%-i, böyük britaniyalıların 34%-i, italyanların 46%-i və ispanların 39%-i bunun əksini düşünür.
© Sputnikİnfoqrafika: ABŞ və müttəfiq qoşunlarının Əfqanıstana daxil olması səhv addım idi?
İnfoqrafika: ABŞ və müttəfiq qoşunlarının Əfqanıstana daxil olması səhv addım idi? - Sputnik Azərbaycan, 1920, 05.10.2021
İnfoqrafika: ABŞ və müttəfiq qoşunlarının Əfqanıstana daxil olması səhv addım idi?
Bundan başqa, fransızların üçdə bir hissəsi, eləcə də almanların 41%-i, böyük britaniyalıların 43%-i, italyanların yarıdan çoxu və ispanların təxminən yarısı bu fikirdədir ki, Əfqanıstana qoşun yeridilməsi ABŞ-ı onların gözündən salıb.
Bununla yanaşı, bütün ölkələrdən sorğuya qatılmış respondentlər arasında Talibanın* hakimiyyətə gəlməsindən sonra Əfqanıstanı tərk etmək məcburiyyətində qalan qaçqınların Avropa ölkələri deyil, ABŞ tərəfindən qəbul edilməsini düzgün hesab edənlərin sayı üstünlük təşkil edir: Fransada bu göstərici 46%-ə qarşı 63%, Almaniyada 73%-ə qarşı 58%, Böyük Britaniyada 75%-ə qarşı 67%, İtaliyada 82%-ə qarşı 73%, İspaniyada isə 85%-ə qarşı 80%-dir.
Xatırladaq ki, avqustun əvvəlində taliblər Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumları aktivləşdirərək ayın 15-də Kabilə daxil olublar və ertəsi gün elan ediblər ki, müharibə başa çatıb.
Avqustun sonrakı iki həftəsi ərzində Amerika hərbçilərinin mühafizəsi altında olan Kabil aeroportundan Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanların kütləvi təxliyə prosesi davam edib.
Американские военнослужащие в авиабазе Баграм, Афганистан, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
SİYASƏT
Əfqanıstandan qaçış: ABŞ yenə NATO-nu, dostlarını və müttəfiqlərini yaddan çıxardı
Avqustun 31-nə keçən gecə amerikalı hərbçilər Kabil aeroportunu tərk ediblər və beləliklə də, ABŞ-ın Əfqanıstanda təxminən 20 il davam edən mövcudluğuna son qoyulub.
Sentyabrın əvvəlində Əfqanıstanın Muhammed Həsən Axundun başçılıq etdiyi müvəqqəti hökumətinin tərkibi elan olunub. Qeyd edək ki, o, Talibanın birinci hakimiyyəti dövründə xarici işlər naziri postunu tutmuşdu və 2001-ci ildən BMT-nin sanksiyası altında idi.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarında start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "IFOP" və "Forsa" çıxış edir. Sputnik.Rəy layihəsi çərçivəsində mütəmadi olaraq Avropa və ABŞ-da ən aktual sosial və siyasi məsələlər üzrə sorğular keçirilir.
Sputnik Azərbaycan 2015-ci ilin may ayında ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri ilə fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkib hissəsidir.
Dünyanın 90-dan çox şəhərində və internetdə rus, ingilis, fransız və digər dillərdə analoq və rəqəmsal radioyayımı, eləcə də 33 dildə ölkə və regional multimedia internet saytlarını özündə birləşdirən Sputnik ən böyük beynəlxalq KİV-lərdən biridir. Sputnik-in xəbər lenti bütün dünya üzrə aparıcı nəşrləri sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya ilə təmin edir. Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir. Sputnik Çin nəşrinin isə "Weibo" mikrobloginq saytındakı hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya Seqodnya" mediaqrupuna daxildir və baş ofisi Moskvada yerləşir.
*Hazırda Əfqanıstanda hakimiyyətdə olan, Rusiya və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı
Xəbər lenti
0