Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Məsuliyyətsiz insanlar". Politoloq ABŞ-da Rusiyaya qarşı sanksiyalara çağırışlar barədə

© REUTERS / ALLISON SHELLEYVaşinqton
Vaşinqton - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ millət vəkillərinin Rusiya ilə münasibətləri pozmaq cəhdləri barədə bəyanatla çıxış edib. Politoloq Pavel Tarusin Sputnik radiosunun efirində vəziyyətlə bağlı fikirlərini bildirib.
BAKI, 13 oktyabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ senatorlarının daha 35 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq etməklə bağlı yeni təklifini şərh edib.
Antonovun sözlərinə görə, ABŞ-da Rusiya-Amerika münasibətlərini necə böyük təkidlə dağıtmağa çalışdıqları təəccübləndirir.
Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
RUSİYA
Moskvaya ABŞ-dan vacib qonaq gəlib: O, Lavrovun müavini ilə görüşdü
"Tamamilə uydurulmuş bir bəhanə ilə 35 rusiyalıya məhdudiyyətlər qoymaq üçün edilən yeni cəhd bunun əyani təsdiqidir", - deyə Antonov "Facebook"dakı şərhində bildirilib.
Diplomatın fikrincə, Kapitolidəki bu cür hərəkətlərlə ölkələrinin aktual problemləri ilə məşğul olmaq əvəzinə, özlərinin uydurduqları "Amerika düşmənlərinə qarşı mübarizə" illüziyasını yaratmaq istəyirlər.
Politoloq, Moskva Dövlət Universitetinin dövlət idarəetmə fakültəsinin müəllimi Pavel Tarusin ABŞ senatorlarının hərəkətlərini məsuliyyətsiz adlandırıb.
"Bu çağırışlar anormaldır. Tamamilə məsuliyyətsiz insanlar tərəfindən edilir. Onlar xarici siyasətin nəticələrinə görə heç bir məsuliyyət daşımırlar. İstədiklərini söyləyə bilərlər", - deyə Tarusin bildirib.
Bununla yanaşı, politoloq qeyd edib ki, ABŞ-ın xarici siyasətini Konqres deyil, prezident müəyyənləşdirir.
"Konqresmenlərin, ABŞ senatorlarının bütün bu çıxışları isə sadəcə olaraq ABŞ prezidenti Co Baydenin Amerika-Rusiya münasibətlərində fəaliyyəti üçün müəyyən bir fon, imkanlar yaradıb. Bunlar şərti xarakter daşıyan tövsiyələrdir. Ancaq Vaşinqtonda sağlam düşüncə, gördüyümüz kimi, hələ də üstünlük təşkil edir. Nuland (ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland) gəldi, danışıqlar aparılır. Bəli, çətindir. Ancaq danışıqlar davam etdiriləcək. Düşünürəm ki, həm Rusiya, həm də ABŞ-ın maraqlarına uyğun olaraq konstruktiv münasibətlər qurulacaq. Əks təqdirdə, bir-birini başa düşmədən dünya səviyyəli problemləri təkbaşına həll etmək çox çətindir", - deyə Pavel Tarusin qeyd edib.
Eləcə də oxuyun:
* Putin: Rusiya silahdan istifadə etmir
* Moskva Vaşinqtona qarşılıqlı şəkildə bütün sanksiyaları aradan qaldırmağı təklif etdi
* Rusiya XİN: ABŞ bir neçə rusiyalını sanksiyalar siyahısından çıxarıb
* Rusiya ABŞ-dan oğurluqda şübhəli bilinən diplomatların toxunulmazlığının ləğvini istəyir
Xəbər lenti
0