https://sputnik.az/20211013/azerbaycanin-turizm-imkanlari-ukraynada-teqdim-olunub-434162449.html
Azərbaycanın turizm imkanları Ukraynada təqdim olunub
Azərbaycanın turizm imkanları Ukraynada təqdim olunub
Sputnik Azərbaycan
Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı... 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T13:25+0400
2021-10-13T13:25+0400
2021-10-13T13:25+0400
cəmiyyət
kiyev
ukrayna
azərbaycanın görməli yerləri, turizm obyektləri
https://cdnn1.img.sputnik.az/img/41785/51/417855167_0:289:3067:2014_1920x0_80_0_0_1fccb990c58c1e3831bc369b702cdd44.jpg
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Turizm Bürosu (ATB) bu gün Ukraynanın Kiyev şəhərində keçirilən "Deluxe Travel Market" adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib. Bu barədə Sputnik Azərbaycan-a ATB-dən məlumat verilib.Məlumata görə, vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tədbiq olunan qaydalar haqda məlumat verilib.Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41785/51/417855167_30:0:2761:2048_1920x0_80_0_0_5fbcb22b2effef91f43edb2c59cf58b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, ukrayna, azərbaycanın görməli yerləri, turizm obyektləri
kiyev, ukrayna, azərbaycanın görməli yerləri, turizm obyektləri
Azərbaycanın turizm imkanları Ukraynada təqdim olunub
Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Turizm Bürosu (ATB) bu gün Ukraynanın Kiyev şəhərində keçirilən
"Deluxe Travel Market" adlı vorkşopda iştirak edərək Azərbaycanın turizm imkanlarını təbliğ edib. Bu barədə
Sputnik Azərbaycan-a
ATB-dən məlumat verilib.
Məlumata görə, vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.
Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.
Həmçinin görüş iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən hotellər, ölkədə pandemiya şəraitində ictimai məkanlarda tədbiq olunan qaydalar haqda məlumat verilib.
Sərhədlərin açılmasından sonra Ukrayna turizm şirkətlərinin Azərbaycanda işgüzar və müalicəvi turizm, ekoturizm və ekskursiyalar kimi turizm məhsullarına maraq göstərəcəyi bildirilib.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.