Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda dəmir kimi möhkəm adamların peşə bayramıdır

Abunə olmaq
Ölkəmizdə ilk dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Söhbət uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu xəttindən gedir.
BAKI, 13 oktyabr — Sputnik. Hər il oktyabrın 13-ü Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd olunur. Dəmir yolu işçilərinin peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən keçirilir. 13 oktyabr tarixinin bayram günü kimi seçilməsinin izahı ilə bağlı Sərəncamda həmin günün "müstəqil Azərbaycan dəmir yolunun təşkili günü" olduğu barədə qeyd var.
Azərbaycanda ilk dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Bu, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu xəttidir. Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük, xüsusən neft və neft məhsullarının daşınmasına olan tələbatın artması səbəbindən inkişaf edib və təkmilləşdirilib.
Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günündə dövlət rəhbərliyi dəmir yolu işçilərini təbrik edir, işində fərqlənən dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları ilə təltif olunur, onlara təşəkkürnamələr verilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun nizamnaməsi 2010-cu il fevralın 15-də Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Bu sektorda nə qədər insanın çalışdığı və dəmiryolçularla bağlı digər maraqlı faktlar Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.
Xəbər lenti
0