https://sputnik.az/20211013/azerbaycan-qizilinin-xarice-axininin-qarsisini-almaq-ucun-nk-qaydalari-deyisdi-434172903.html
Azərbaycan qızılının xaricə axınının qarşısını almaq üçün NK qaydaları dəyişdi
Azərbaycan qızılının xaricə axınının qarşısını almaq üçün NK qaydaları dəyişdi
Sputnik Azərbaycan
Qərar valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına da müsbət təsir edəcək. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T19:37+0400
2021-10-13T19:37+0400
2021-10-13T19:37+0400
gömrük
iqtisadiyyat
qızıl
nazirlər kabineti
gümüş
dəyişiklik
qayda
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1a/424775120_0:320:3072:2048_1920x0_80_0_0_8208f1afff134e0c3755637656808093.jpg
BAKI, 13 oktyabr — Sputnik. Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda dəyişiklik edib.Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilən şəxslərin sayı artırılıb.Belə ki, bundan sonra xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə də malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə veriləcək.Daha əvvəl malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə yalnız rezidentlərə və gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə verilirdi.Nazirlər Kabinetindən bildirilib ki, qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycanın regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq.Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.Eləcə də oxuyun:* Çəkisi 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr satışa çıxarılıb* Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir* Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər
https://sputnik.az/20211012/nazirler-kabineti-mis-ixraci-ucun-rusum-deyerini-aciqladi-434136643.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1a/424775120_341:0:3072:2048_1920x0_80_0_0_7f7a308be1eb1c37de1a05bd059c79ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gömrük, qızıl, nazirlər kabineti, gümüş, dəyişiklik, qayda
gömrük, qızıl, nazirlər kabineti, gümüş, dəyişiklik, qayda
Azərbaycan qızılının xaricə axınının qarşısını almaq üçün NK qaydaları dəyişdi
Qərar valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına da müsbət təsir edəcək.
BAKI, 13 oktyabr — Sputnik. Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir
Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilən şəxslərin sayı artırılıb.
Belə ki, bundan sonra xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə də malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə veriləcək.
Daha əvvəl malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə yalnız rezidentlərə və gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə verilirdi.
Nazirlər Kabinetindən bildirilib ki, qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycanın regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq.
Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.
* Çəkisi 500 qram və 1 kiloqram olan yeni
qızıl külçələr satışa çıxarılıb
* Ekspert:
hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər