https://sputnik.az/20211013/-prezident-bezi-ecnebiler-rusiya-sulhmeramlilarinin-oldugu-yerlere-qanunsuz-daxil-olurlar-434164528.html
Prezident: Bəzi əcnəbilər Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar
Prezident: Bəzi əcnəbilər Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar
Sputnik Azərbaycan
Dövlət başçısı: Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq. 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T14:28+0400
2021-10-13T14:28+0400
2021-10-13T14:28+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
müsahibə
la republica qəzeti
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434163028_4:0:1000:560_1920x0_80_0_0_6917915c2b9a92001edfaadf91107395.jpg
BAKI, 13 oktyabr — Sputnik. "Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq".Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində deyib.Prezident "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı" sualına cavab olaraq bildirib:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434163028_250:0:997:560_1920x0_80_0_0_bab68f6e7826f4729b9ca18fd705a00e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, müsahibə, la republica qəzeti
prezident ilham əliyev, müsahibə, la republica qəzeti
Prezident: Bəzi əcnəbilər Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar
Dövlət başçısı: Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq.
BAKI, 13 oktyabr — Sputnik. "Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 7-də İtaliyanın
"La Repubblica" qəzetinə müsahibəsində deyib.
Prezident "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı" sualına cavab olaraq bildirib:
"Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq", - deyə İlham Əliyev bildirib.