https://sputnik.az/20211013/azerbaycan-filmi-en-yaxsi-ssenariye-gore-beynelxalq-mukafata-iddialidir-434183527.html
Azərbaycan filmi ən yaxşı ssenariyə görə beynəlxalq mükafata iddialıdır
Azərbaycan filmi ən yaxşı ssenariyə görə beynəlxalq mükafata iddialıdır
Sputnik Azərbaycan
Asiya və Saki̇t okean hövzəsi̇ ölkələri̇ Ki̇no Akademi̇yasi ənənəvi̇ mükafatının nomi̇nantları arasında Azərbaycan fi̇lmi̇ də var 13.10.2021, Sputnik Azərbaycan
2021-10-13T21:19+0400
2021-10-13T21:19+0400
2021-10-13T22:25+0400
mədəniyyət
namizəd
film
ssenari
mükafat
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_0:196:1920:1276_1920x0_80_0_0_0ef8c61a1164ecd45c4ddf74f024c4fb.jpg
BAKI, 13 oktyabr - Sputnik. 14-cü Asia Pacific Screen Awards (APSA - Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları) namizədləri elan olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 11-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq. İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir. Film İkinci Dünya müharibəsi zamanı ucqar dağ kəndində - arxa cəbhədə baş verən hadisələrdən bəhs edir. Kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır.Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə və Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır. “Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə iştriak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/69/422126925_194:0:1895:1276_1920x0_80_0_0_012e0575a6eef1b5fa682c463698c777.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
namizəd, film, ssenari, mükafat
namizəd, film, ssenari, mükafat
Azərbaycan filmi ən yaxşı ssenariyə görə beynəlxalq mükafata iddialıdır
21:19 13.10.2021 (Yenilənib: 22:25 13.10.2021) Asiya və Saki̇t okean hövzəsi̇ ölkələri̇ Ki̇no Akademi̇yasi ənənəvi̇ mükafatının nomi̇nantları arasında Azərbaycan fi̇lmi̇ də var
BAKI, 13 oktyabr - Sputnik. 14-cü Asia Pacific Screen Awards (APSA - Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları) namizədləri elan olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 11-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq.
İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir. Film İkinci Dünya müharibəsi zamanı ucqar dağ kəndində - arxa cəbhədə baş verən hadisələrdən bəhs edir. Kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır.
Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir.
Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə və Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır. “Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə iştriak edir.