Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

AZAL yeni nəsil təyyarələr alacaq

© Photo : TREND"Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi
Azərbaycan Hava Yollarına məxsus ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Abunə olmaq
BAKI, 13 oktyabr — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov "Airbus Group"un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.
Bu barədə Sputnik Azərbaycan AZAL-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlıq müzakirə edilib, şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsi vurğulanıb.
O cümlədən, AZAL-ın təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə "Airbus Group" aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-ə qədər təyyarə təchiz edə bilər.
Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan AZAL-ın Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, koronavirus pandemiyasının mülki aviasiya sahəsinə təsiri barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0