Azad edilən ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

© © Sputnik / Sergey AverinBeynəlxalq Qızıl Xaç Komitəsinin bayrağı, arxiv şəkli
Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2021
İtkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərilir.
BAKI, 13 oktyabr — Sputnik. "Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində neytral vasitəçi qismində iştirakı ilə son döyüşlərin təsirinə məruz qalan ərazilərdə meyitlərin axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edib".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, 283 bioloji referent nümunəsi 1990-ci illərdə itkin düşən şəxslərin 118 ailəsindən toplanıb:

"3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала