Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

On altı minlik "Yasəmən işi"

© Sputnik / Murad OrujovМанаты и рубли разных номиналов, фото из архива
Манаты и рубли разных номиналов, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Körpələr evi-uşaq bağçasının müdirinin həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini mənimsədiyi iddia olunur.
BAKI, 12 oktyabr — Sputnik. Şirvan şəhər 3 nömrəli "Yasəmən" körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Xəbər lenti
0