https://sputnik.az/20211011/putin-pasinyanla-qarabag--beyannamesinin-reallasdirilmasini-muzakire-edecek-434086828.html
Putin Paşinyanla Qarabağ bəyannaməsinin reallaşdırılmasını müzakirə edəcək
Putin Paşinyanla Qarabağ bəyannaməsinin reallaşdırılmasını müzakirə edəcək
Sputnik Azərbaycan
Görüşdə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi də planlaşdırılır 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T13:54+0400
2021-10-11T13:54+0400
2021-10-11T13:56+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
kremldə putin, əliyev, paşinyan görüşü
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_0:0:2847:1601_1920x0_80_0_0_2db6d792dfc3520bb9360d43a27f884b.jpg
BAKI, 11 oktyabr — Sputnik. Sabah, oktyabrın 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağa dair üçtərəfli bəyannamənin reallaşdırılması məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/07/426643785_41:0:2772:2048_1920x0_80_0_0_31196931105a6663fb8607a43698daf4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, kremldə putin, əliyev, paşinyan görüşü
putin, rusiya prezidenti vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, kremldə putin, əliyev, paşinyan görüşü
Putin Paşinyanla Qarabağ bəyannaməsinin reallaşdırılmasını müzakirə edəcək
13:54 11.10.2021 (Yenilənib: 13:56 11.10.2021) Görüşdə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi də planlaşdırılır
BAKI, 11 oktyabr — Sputnik. Sabah, oktyabrın 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağa dair üçtərəfli bəyannamənin reallaşdırılması məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
"Oktyabrın 12-də Moskvada RF Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. Görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsi ilə bağlı məsələlər, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.